Fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.

Mektebgushesi.az –ın məlumatına görə, “Nurlan” nəşriyyatında işıq üzü görən kitaba müəllifin ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son bir ildə yazdığı məqalələri daxildir. “Doğru düşüncənin hikməti” adlanan kitabda siyasət, sosial şəbəkə fenomeni, təhsil, dil, din, mədəniyyət və tarixin aktual problemlərinə müəllifin fərqli baxışları yer almaqdadır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Bənzər yazılar