Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Türkiyə Cümhuriyyətinin ilk universiteti olan Ankara Universitetinə hədiyyələr təqdim olunub.

Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, ADAU-nun tələbə gənclər təşkilatının sədri Valeh Əsədov Türkiyənin Ankara şəhərində keçirilən Erasmus+ beynəlxalq təlim kursunda iştirak edir.Valeh Əsədovu 70.000 tələbəsi olan Ankara Universitetinin rektoru, professor Erkan İbiş qəbul edib. Görüş çox səmimi keçib, Valeh Əsədov ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, universitetin maddi-texniki bazası,tədris prosesi haqqında məlumat verib.Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında söhbət açıb.
Görüşdə Erkan İbiş Türkiyə Cümhuriyyətinin ilk universiteti və 70 minlik tələbəsi olan Ankara Universitetinin qapılarının sona qədər ADAU-nun üzünə açıq olduğunu bildirib.
Görüşün sonunda Valeh Əsədov rektor Erkan İbişə ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən jurnal və Gəncə şəhərinin tarixini əks etdirən kitabı hədiyyə edib.

Bənzər yazılar