Təhsil Naziri Ceyhun Bayramovun ” Oxu Günü” keçrilməsi əmrinə əsasən “Uşaqlar Gələcəyimizdir” devizi altında Masallı Rayonu Sarıcəfərli kənd ümumi orta məktəbi və Ə.İbadov adına Tüklə kənd tam orta məktəbində 5 – ci siniflər arasında Bilik yarışması keçirilmişdir.

Tədbir, hər məktəbdən bir necə qrup olmaqla komandalar şəkilində yarışıblar. Qalib komandanın şagirdləri tərifnamələr və diplomlarla təltif olunublar. Tədbirin keçirilməsində Rayon Təhsil Şöbəsinin müdiri T.Əkbərov, Sarıcəfərli Kənd Ümumi Orta Məktəbinin direktoru K.Quliyev, Ə.İbadov Adına Tüklə Kənd Tam Orta Məktəbinin Direktoru H.Qurbanov iştirak etmişlər.

Tədbirin təşkilatçılarından A.Kazımova, Savalan , Mahir və Nüsrət müəllimə hazırladıqları dolğun və məzmunlu suallara görə təşəkkür elan edilmiş və növbəti tədbirləri hərbi vətənpərvərlik ruhunun aşlanmasına istiqamətlənməsi üçün tapşırıqlar verilmişdir

Aqşin Kazımov

Bənzər yazılar