Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) inklüziv təhsillə bağlı məktəb direktorları üçün keçirilən seminarları davam etdirir.

TİPİİ-dən  mektebgushesi.az -a bildirilib ki, növbəti seminarda 25-dən artıq məktəb direktoruna institutun mütəxəssisi tərəfindən inklüziv təhsil, onun fəlsəfəsi, keçdiyi tarixi inkişaf yolu ilə bağlı nəzəri məlumatlar verilib, məsələnin qanuni tərəfləri izah olunub.

Sonra direktorlar sağlamlıq imkanları məhdud uşaqların, ümumilikdə inklüziv təhsilin məktəblərdə yaradacağı problemlərindən danışıblar və bu problemlərin həlli istiqamətində təklif veriblər.

Seminarda, həmçinin müəllimlərdə inklüziv təhsil mədəniyyətinin formalaşmasından, düzgün yanaşma metodundan və bununla bağlı çatışmazlıqlardan bəhs olunub.

Bənzər yazılar