Paytaxt sakini Qəşəm Niftəliyev öz marketində məktəblilər üçün maraqlı aksiya başladıb.


Mektebgushesi.az xəbər verir ki, O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir;
“5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır. Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuz da oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”.
Qeyd edək ki, Market Ramana qəsəbəsində yerləşir.

Bənzər yazılar