Aprelin 10-da Bakı Slavyan Universitetində Xarici dillər kafdrasının təşkilatçılığı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dos. Şirinbəy Əliyev, Xarici dillər kafedrasının müdiri dos. Günay Babayeva və kafedra əməkdaşları, Avropa dilləri və İngilis filologiyası kafedrasınnı müəllimləri və tələbələrin iştirakı ilə elmi seminar keçirilib.

Universitetdən Mektebgushesi.az verilən məlumata görə, Seminarda Xarici dillər kafedrasının müəllimi Leyla Quliyeva “İkidilliliyin effektləri” mövzusunda çıxış edib. Leyla Quliyeva ikidillilik-bilinqvizimin müasir dilçiliyin ən maraqlı sahəsi olmaqla, ikidilllilik nədir,  hansı anlamları var,  tək dil daşıyıcılarından fərqi, üstünlükləri və mənfi tərəfləri, iki dil daşıyıcılarının cəmiyyətdə yeri məsələlərinə diqqət çəkib. Mövzu ilə bağlı, həmçinin qeyd olunub ki,  Azərbaycan Respublikasının vaxtı ilə SSRİ-nın tərkibində olması, ana dilindən sonra ən çox rus dilindən istifadə edilməsi səbəbindən əhalimizin şox hissəsi bilinqualdır. Statistikaya görə isə, dünya əhalisinin 50% bilinqualdır.

Sonra Xarici dillər kafedrasının baş müəllimi Amalya Musayeva və Bənövşə İbrahimova çıxış edərək mövzunun, eləcə də səslənən məlumat və biliklərin əhəmiyyətindən danışıblar. İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva çıxışında məruzəçi Leyla Quliyevanın (BSU)Erasmus+PETRA layihəsi çərçivəsində Türkiyənin Qazi Universitetində elmi seminarda iştirakları məsələsinə toxunub, eyni zamanda bugünkü elmi seminarın iştirakçıları, həmçinin tələbələr üçün olduqca faydalı olacağını qeyd edib.

Seminar boyunca iştirakşılara maraqlı videomateriallar təqdim olunub.

Bənzər yazılar