Ötən imtahanlarda 13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə telefon aşkarlanıb”

Bu sözləri DİM-in rəsmi feysbuk səhifəsindəki canlı yayımda Dövlət İmtahan Mərkəzinin təşkilat şöbəsinin müdiri Azər Bağırov deyib. Onun sözlərinə görə, bu hal ilkin protokolların emalı zamanı ortaya çıxıb:

“Təssüflər olsun, buraxılış imtahanlarında müxtəlif qayda pozuntuları aşkarlanıb. Köçürməyə cəhd edənlər, imtahana telefon keçirməyə çalışanlar olub. Ötən imtahanlarda 13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə mobil telefon tutulub. Məsələlər ciddi araşdırılır. Çox istərdik ki, belə halllar baş verməsin”.

Mektebgushesi.az

Bənzər yazılar