Dərc olunub: 11.04.2019

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəhadət kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Aynaz Toğrul qızı Göyçay şəhərində yolu keçərkən “Jeep” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Əliyeva Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar