Mektebgushesi

GDU ilə Türkiyə Universitetlərinin İkili diplomların tanınmasına dair görüş keçirilib

Aprelin 9-da Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ilə görüşüb. Universitetdən Mektebgushesi.az verilən məlumata görə, rektor Yusif Yusibov görüşdə GDU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, idarəetmə sistemində beynəlxalq təcrübənin tətbiqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi barədə ətraflı məlumat verib. Rektor […]

Göyçayda məktəbli qızı maşın vurub

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəhadət kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Aynaz Toğrul qızı Göyçay şəhərində yolu keçərkən “Jeep” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Əliyeva Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Slovakiyada təqaüd proqramı

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Mektebgushesi.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir. Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may […]

Prezident və birinci vitse-prezident Elina ilə bağlı tapşırıqlar verdi

“Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın”.Mektebgushesi.az “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət […]

Direktorla aktyorun məhkəməsi başladı

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, digər təqsirləndirilən Toğrul İbrahimlinin vəkili məhkəməyə gəlməyib. Buna görə proses aprelin 17-dək təxirə salınlb. Qeyd edək ki, martın 4-də Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin […]

Debat təhsil proqramı Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib. Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bildirib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır. Debat cəmiyyətdə gedən ictimai – sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi – nəzərdən […]

Gəncə Dövlət Universiteti Avropa Komissiyasının mediats layihəsinə qoşulub

Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan cəmiyyətindəki mediasiya dəyərlərini inkişaf etdirmək üçün Avropa Komissiyasının “Erasmus+” proqramının Təlimin və Cəmiyyətin Transformasiyası (MEDİATS) layihəsinə tərəfdaş olaraq qoşulub. Bu barədə mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə məlumat verən GDU-nun İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki, bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə alternativ üsullardan istifadə olunur. Mübahisələrin […]

Nyu Yorkda cərrah işləyən həmyerlimiz

Siyasi baxışlar müxtəlif ola bilər, amma Allah bu xalqdan heç nəyi əsirgəməyib. İti zəka, dərin təfəkkür, uzaqgörənlik, müdriklik, mütəşəkkillik bu xalqın alın yazısıdır. Zarafat deyil, yüz iyirmi dörd min peyğəmbərin böyük əksəriyyəti bu xalqın övladı olub. Zaman-zaman çətinliklərlə üzləşsələr də tükənməyiblər, vardırlar, var olacaqlar da. Söhbət Yəhudi xalqından gedir. Bu gün dünyaya səpələnən yəhudilərin arasında […]

Məktəblilər üçün ekskursiyalar təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyaları təşkil edilir. Ekskursiyaların əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir. BŞTİ və “Sabunçu Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyalarda Sabunçu rayonu üzrə məktəblərin şagirdləri […]

Hansı şəxslər magistraturaya müsabiqədən kənar qəbul olunacaqlar

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qanun ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmaq istəyən şəxslərə də şamil edilir. Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pilləsinə müsabiqədənkənar qəbul olunmağa […]

İlahiyyat İnstitutunda Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq Şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, “Şərəf” ordenli, Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki Nəriman Həsənzadə ilə görüş təşkil olunub. Aİİ rektoru Ceyhun Məmmədov tədbiri açaraq, İnstitutda maarifləndirmə işinə, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, görüşlərin, “dəyirmi […]

UNEC-in gənc müəllimi Nord Universitetində elmi tədqiqat aparır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Norveç krallığının Nord Universitetində elmi tədqiqat aparmaq üçün dəvət alıb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, UNEC-in SABAH mərkəzinin rəhbərinin müavini, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Rövşən Camalov Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparacaq. UNEC-in gənc müəllimi resurs ölkələrinin, xüsusilə də neft və qaz resursları ilə […]