ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çalışan gənc müəllimlərlə görüşüb.


Universitetdən Mektebgushesi.az –a bildirilib ki, rektorun vaxtaşırı keçirilən belə görüşlərdə məqsədi gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsidir. 
İşgüzar və səmimi şəratdə keçən görüşdə mövcud problemlər və onların həlli yollarından, belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Gənc müəllimlərin daha mükəmməl işləməsi, keyfiyyətli tədrisə nail olması üçün təklifləri dinlənilib. Səsləndirilən təkliflərin əksəriyyəti bəyənilib, reallaşması üçün tapşırıqlar verilib.

Bənzər yazılar