I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də valideynlərdəki suallar bitmək bilmir.

Sual:

Oğlumun liseydə təhsil almasını istəyirəm. Eyni vaxtda həm lisey, həm də orta ümumtəhsil müəssisəsinə sorğu yerləşdirə bilərəm? Ümumiyyətlə, övladım liseyə qəbul oluna bilməsə, adi orta məktəbdə təhsil ala biləcək?

Cavab:

Xeyr. Valideyn və ya qanuni nümayəndənin azyaşlı üçün yalnız bir ümumtəhsil müəssisəsinə sorğu yerləşdirmək hüququ var.

Lisey və ya gimnaziyalara qəbul oluna bilməyən şagirdlər isə digər orta məktəbdə təhsil ala bilərlər. Burada hər hansı şagirdin təhsildən kənar qalmasından söhbət gedə bilməz. Belə şagirdlərin valideynləri isə nəticə bəlli olduqdan sonra yenidən sistemə daxil olmalı, orta ümumtəhsil müəssisələrindən birinə sorğu yerləşdirməlidirlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün lisey və gimnaziyaların Azərbaycan bölməsi üzrə I sinfinə şagird qəbulu ümumi qaydada aparılır. Yalnız tədrisi xüsusi proqramla aparılan Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla.

Lamiyə Süleymanlı

Bənzər yazılar