Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib olublar.
Qazaxıstanın Almatı şəhərində keçirilən 17-ci “International Computer Project Olympiada-2019” (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.
Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin sagirdləri Eyvazlı Yusif və Dəmirçiyev Nicatdır.
Qeyd edək ki, InfoMatrix müsabiqəsi hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilir.
Mektebgushesi.az