Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib olublar.

Qazaxıstanın Almatı şəhərində keçirilən 17-ci “International Computer Project Olympiada-2019” (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.

Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin sagirdləri Eyvazlı Yusif və Dəmirçiyev Nicatdır.

Qeyd edək ki, InfoMatrix müsabiqəsi hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilir.

Mektebgushesi.az

Bənzər yazılar