Mektebgushesi

TİPİİ-nin müddətsiz müqavilə ilə işləyən müəllimlərə müraciəti

Müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üzrə keçirilən müsabiqənin elektron ərizələrə baxılma mərhələsi artıq tamamlanıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticə ilə bağlı məlumat əldə edə bilərlər. Elektron ərizələri qəbul edilən namizədlərin şəxsi səhifələrində müsahibəyə çağırış vaxtları qeyd olunub. Mektebgushesi.az  xəbər verir ki, TİPİİ-nin İnsan Resursları Mərkəzi elektron ərizələrə baxılma mərhələsinin […]

Salyanın Kərimbəyli kənd məktəbinin direktoru ABŞ-da keçiriləcək elmi konfransa dəvət alıb…

Mektebgushesi.az Müstəqil.Az -a istinadən bildirir ki, ABŞ-nin New York şəhərində 19-23 Avqust 2019 -cu il tarixində təşkil olunacaq Elmi Konfrans keiçiriləcək. Konfransa dünyanın müxtəlif yerlərindən alimlər,elm adamları qatılacaq.Aldığımız məlumata görə həmçinin Salyan Rayonunun H.Şahbazov adına Kərimbəyli kənd orta məktəbinin direktoru, SDU-nun gənc doktorantı Ramil Zeynalov da bu konfransa dəvət alıb.Azərbaycan dilinin qrammatikası haqqinda bir həftə […]

İnstitut direktoru -“Azərbaycanda bəzi xətt nümunələrini oxuyan mütəxəssis yoxdur”

Mektebgushesi.az  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ONA-ya müsahibəsini təqdim edir. – Bildiyiniz kimi, 2019-cu il “Nəsimi ili” elan olunub. Yəqin ki, Əlyazmalar İnstitutu olaraq siz də Nəsiminin yaradıcılığının araşdırılması, onun əlyazmalarının əldə edilməsi ilə bağlı müəyyən işlər həyata keçirmisiniz… – Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Əlyazmalar İnstitutunun, […]

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIIIsinifləri üçün isə təkmilləşdirilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə dərslik və müəllim üçün metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq. Mektebgushesi.az xəbər verir ki, sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə […]

Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb. İnistitutdan Mektebgushesi.az -a verilən məlumata görə, Rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq. İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb. “Haqqımızda” bölməsində “Aİİ-nin […]

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlarin nəzərinə!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25-dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan […]

BSU tələbələri Cocuq Mərcanlıya yola düşüblər

Aprelin 15-də Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanıblar. BSU tələbələrini Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov, təcrübə rəhbəri kimi Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə […]

Azərbaycan İlahiyyat İnstitunun heyəti Gəncə Dövlət Universitetində olub

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla və İnstitutun əməkdaşları ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Professor Yusif Yusibov Gəncə Dövlət Universiteti ilə […]

Rektor dissertant və doktorantlarla görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun dissertant və doktorant adını qazanmış nümayəndələrlə görüş keçirib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, rektor G.Gəraybəyli bildirib ki, universitetə doktoranturaya və dissertanturaya daxil olmuş yeni mütəxəssislərlə görüşün təşkili artıq ənənə halını alıb. Belə görüşlərin əsas məqsədi ATUnun yeni nümayəndələri ilə yaxından tanış olmaqdır: “Siz doktorantura və dissertantura […]

I sinfə elektron qəbulla əlaqədar Apelyasiya komissiyası fəaliyyətə başlayır

Aprelin 15-dən 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfə elektron şagird qəbulu ilə əlaqədar yaranan mübahisəli məsələlərin həlli ilə bağlı müraciətləri qeyd alınmış vətəndaşların cavablandırılması üçün Apelyasiya komissiyası fəaliyyətə başlayır. BŞTİ -dən Mektebgushesi.az -a verilən məlumata görə, Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri […]

Aprelin 21-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər DİM -dən Mektebgushei.az – a verilən xəbərə görə, aprelin 21-də Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, […]

UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Mektebgushesi.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi olub. Qələbə əldə edən UNEC komandası  Azərbaycan Super Liqasına vəsiqə qazanıb. Yarışın sonunda mükafatlandırma mərasimi […]

Dövlət İmtahan Mərkəzində işləmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzində Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır. Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər 2019-cu il aprelin 28-dək müraciət formasını a.quliyeva@dim.gov.az ünvanına göndərə bilərlər. Mövzu bölməsində […]

ADPU-da Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olunub

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyinə həsr olunmuş XI elmi-praktik konfrans keçirilib. ADPU-nun rəhbərliyinin, fakültə dekanlarının, kafedra müdirlərinin, şöbə müdirlərinin, müəllim və tələbələrin, görkəmli alimlərin və təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, […]

AMEA-nın İqtisadiyyat İnstitutu ölkəmizdə iqtisad elminin inkişafında əhəmiyyətli rol oynayır

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ölkəmizdə elmin, iqtisadiyyatın, insan kapitalının inkişafında özünəməxsus rol oynayır. 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılan İnstitut fəaliyyətə başladığı dövrdən ölkəmizdə iqtisad elminin inkişafına mühüm töhfələr verib. Bu sözləri İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov AZƏRTAC-a açıqlamasında deyib. […]