Mektebgushesi.az Müstəqil.Az -a istinadən bildirir ki, ABŞ-nin New York şəhərində 19-23 Avqust 2019 -cu il tarixində təşkil olunacaq Elmi Konfrans keiçiriləcək.

Konfransa dünyanın müxtəlif yerlərindən alimlər,elm adamları qatılacaq.Aldığımız məlumata görə həmçinin Salyan Rayonunun H.Şahbazov adına Kərimbəyli kənd orta məktəbinin direktoru, SDU-nun gənc doktorantı Ramil Zeynalov da bu konfransa dəvət alıb.Azərbaycan dilinin qrammatikası haqqinda bir həftə öncə ingilis dilində göndərdiyi məqaləsi hakimlər tərəfindən dəyərləndirilmiş və elektron kitab olaraq nəşrə göndərilmişdir.Sosial şəbəkədə R.Zeynalovun özünün verdiyi məlumata əsasən o sevincini gizlədə bilmədən “Həyatımda ən xoş dəvət məktubunualdım!” sözlərini xüsusi olaraq vurğulamışdır.

Ramil Zeynalova yaradıcılıq uğurları arzulayır, ölkəmizi hər yerdə layiqincə təmsil etməyi arzu edirik.

Bənzər yazılar