Mektebgushesi

 Elinanın direktoruna cinayət işi açıldı

162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Mektebgushesi.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun […]

Gəncənin məktəbəqədər təhsil müəssisələrində istilik sisteminin quraşdırılmasına dair tender keçirilir

Gəncə Şəhər İcra Hakimiyyəti şəhər məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edib. Mektebgushesi.az xəbər verir ki, ONA-nın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, tender təkliflərinin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün […]

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatdı -I qrup liderdir

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu bugün saat 12:00-da başa çatıb. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, son məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 83.382 abituriyent ərizəsini təsdiqləyib. Ali məktəblərə daxil olmaq üçün ixtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I […]

Medalçımız Fidan Qarayeva: “Yaşca çox kiçik olduğumdan qalib gələcəyimə inanmırdım”

“Olimpiadada qalib olacağıma əvvəlcə heç ümidim yox idi. Düşünürdüm ki, yarışma 17 yaşa qədər  məktəblilər arasında keçirilir və mən onlardan yaşca çox kiçiyəm”. Bu sözlər Azərbaycanı VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında təmsil edən 4 məktəblidən birinə – bürünc medal sahibi Fidan Qarayevaya aiddir. Fidan Qarayeva Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdidir. Məlumat […]

Başqasının yerinə imtahana girmək istəyənlərə cinayət işi açılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.  DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, 2018-ci ildə keçirilən qəbul imtahanlarında imtahanda iştirak etməli olan abituriyentlərin əvəzinə başqalarının iştirakına şərait yaradan şəxslər saxlanılıb.  Faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslər rəsmi […]

“Made in Azerbaijan” biznes ideya müsabiqəsi 2019

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir. Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək.Finala çıxan […]

Aİİ-də “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib. İnistitutdan Mektebgushesi.az verilən məlumata görə, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İnstitutun Baş müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar. Azərbaycan […]

ADAU-nun dissertantının məruzəsi Gürcüstanda maraqla dinlənilib

Gürcüstanın Batumi şəhərində “İpəkçiliyin qorunması və bərpasına dəvət- problemlər və perspektivlər-SERİVİVAL 2019” çağırışı ilə Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasiyasının (BACSA-nın) 9-cu beynəlxalq konfransı keçirilib. Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliyi və Gürcüstanın Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə BACSA-ya üzv dövlətlərin nümayəndələr arasında Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asya bölgələrində […]

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun müddəti uzadılıb. Mektebgushesi.az -ın məlumatına görə, tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu aprelin 16-sı saat 12:00-dək davam edəcək. İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə Dövlət İmtahan […]

Etibar Əliyev: Gənclər Fondu xaricdə təhsil üçün yalnız elmlə məşğul olacaq şəxsləri göndərməlidir”

“AGF ən istedadlı gəncləri seçib, xaricdə magistr dərəcəsi üzrə təhsil almağa göndərməlidir” Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan veriləcək. Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi […]

İnzibati dövlət qulluğuna namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 21 aprel 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək […]

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa catıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb. Müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və […]

ADAU-nun iqtisadçı alimləri Samuxda təlim keçib

ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin “Maliyyə və iqtisadi nəzəriyyə” və “Aqrar sahənin iqtisadiyyatı” kafedrasının bir qrup professor, müəllim kollektivinin iştirakı ilə Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində növbəti təlim təşkil edilib. Universitetdən Mektebgushesi.az -a verilən xəbərə görə, təlim zamanı torpaq mülkiyyətçilərinə “Aqrar sahədə sığorta fəaliyyətinin təkminləşdirilməsi mexanizmi” mövzusunda gərəkli bilgilər verilib. Təlim sonrası sığorta, bitki mühafizəsi, […]

14 yaşında gözlərini itirmiş tanınmış alimin həyat hekayəsi

Moskva məktəblərindən birində bir oğlan dərsə gəlmir. Bir həftə… iki həftə keçir… gəlmir. Onun telefonu yox idi. Sinif yoldaşları müəllimin məsləhətilə onun evinə gedirlər. Qapını Lyovanın anası açır. Onun üzü çox kədərli idi. Uşaqlar salamlaşdılar və çəkinərək soruşdular: “Lyova niyə dərsə gəlmir?” Ana kədərli halda cavab verdi: “O daha sizinlə birgə oxumayacaq. O, əməliyyat olunub. […]

Gənclər təşkilatlarına üzvlüyə yaş məhdudiyyəti qoyulub

Prezident İlham Əliyev “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb. Mektebgushesi.az ONA -ya istinadən məlumatına görə, “Gənclər siyasəti haqqında” qanuna gənclər təşkilatları ilə bağlı yeni maddə (maddə 9-1.) əlavə edilib, gənclər təşkilatlarına üzvlüklə bağlı yaş məhdudiyyəti qoyulub.   Beləliklə, […]