Dərc olunub: 18.04.2019

Azərbaycan Mətbuat Şurasının və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilmişdir. Tədbir Dövlət başçımız Cənab İlham Əliyevin ölkədə aparılan sosial islahatlarla bağlı və bu paketə daxil olan “Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusuna həsr olunmuşdur.

Mektebgushesi.az xəbər verir ki, tədbirdə mətbuat şurasının sədri, Millət vəkili Əflatun Amaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak etmişdir.
Tədbiri kollecin direktoru dosent İsrayıl İsgəndərov açaraq qonaqları və iştirakçıları salamlamış, tədbirin mahiyyəti barədə geniş məlumat vermişdir. Sonra sözü gələn qonaqlara verərək onları müəllim və tələbə kollektivi ilə bir başa ünsiyyət qurmağa və auditoriyadan verilən sualları cavablandırmağa dəvət etmişdir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Mustafa Abbasbəyli son bir ildə ölkə prezidenti tərəfindən aparılan sosial islahatlar barəsində geniş məlumat verərək bu sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərdən danışmış, tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
Milli Məclisin deputatı Əflatun Amaşov sosial islahat paketinə daxil olan fərman və sərəncamlar barədə geniş məlumat vermiş, tələbələrin və müəllimlərin bu paketə daxil olan bütün soasial məsələlərlə bağlı verilən suallarını cavablandırmışdır.
“İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə ölkəmizin keçdiyi tarixi yoldan və inkişaf mərhələlərindən geniş söhbət açaraq, sürətlə inkişaf edən Azərbaycanımızın mövqeyindən danışmış, regionda güclü bir dövlət olduğunu qeyd etmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev düşmən işğalından azad olan Cocuqmərcanlı kəndində görülən son işlər barədə məlumat verərək, gənclərimizin həmin torpaqlarda yaşayan və inkişaf edən gənclərə dəstək olmalarını töfsiyə etmişdir.

Natiqlər ölkəmizdə 2019-cu ilin əvvəlindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması üçün demək olar ki, mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərman və sərəncamlar barədə tələbə və müəllimlərə geniş məlumatlar vermişlər. 
Sonda Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələri ölkəmizdə Prezidentimiz Cənab İlham Əliyev tərəfindən sosial sahədə atılan addımlara, üç ayda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlara görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər

Bənzər yazılar