Dərc olunub: 18.04.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris olunan fənlər üzrə müəllim seçiminin sərbəstliyi məsələlərinə dair işçi qrupu yaradılıb.

UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, işçi qrupunun növbəti görüşündə qarşıda duran məsələlər müzakirə edilib.

Rektor Ədalət Muradov qanunvericilik çərçivəsində UNEC-də tələbələrə müəllimləri seçmək imkanının yaradılması zəruriliyinə toxunub. Diqqətə çatdırıb ki, növbəti yenilik qanunvericilik çərçivəsində “parttime” təhsil modelinin yaradılmasıdır. Hazırda yekun təkliflər hazırlanır.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na əsasən tələbələrə müəllimləri seçmək imkanı yaradılır.

Bənzər yazılar