Mektebgushesi.az internet portal təhsil sahəsinin ayrı-ayrı spektrlərini əhatə edən virtual sorğularını davam etdirir. Mövzu və ünvanlar dəyişilsə də, məqsədimiz dəyişməyib.

Təhsilin modernləşərək inkişafına yardım etmək niyyətilə bu yola çıxmışıq. Saytın bilavasitə profilinə daxil olan bu sahənin bütün parametrlərini əhatə etməklə ölkəmizin gələcəyinin təminatçısı olacaq təhsildə bir canlanma, hərəkətlənmə yaratmaq missiyasına biz də bu yolla töhfələr verməyi qarşımıza məqsəd qoymuşuq.

Bu dəfəki hədəfimiz təhsilin nisbətən aşağıdan – liseylərdən təmərküzləşməsini gündəmə gətirməkdir. Elə bu minvalla da yeniləşən dünyanın tələbi kimi günbəgün sayı artan liseylərin maddi-texniki bazasının, idarəetməsinin və nəticə olaraq təhsilinin şagird və valideynləri qane edib-etməməsi məsələsini sorğuya çıxardıq. Sorğu vasitəsilə rəqabət mühitinin yaradılması nəticədə onların bu tələblərə “əl gəzdirmələrinə” gətirib çıxaracaq. Bu, bizim uğurumuzdur.

15 günü əhatə edən, “Hansı liseyin maddi – texniki bazası, tədrisi və idarəetməsi sizi qane edir? nominasiyalı, bir İP-dən yalnız bir dəfə səs verməyin mümkünlüyü ilə müşayiət olunan virtual sorğuda 31.452 respondent iştirak edib. sorğunun keçirildiyi müddətdə liseylərin arasında çox gərgin mübarizə getdi. Əməkdaşlarımızın gündəlik izlədikləri sorğunun gedişiatında yerlərin tutulması vaxtaşırı dəyişilirdi. Ən çox fəallıq göstərənsə İstanbul liseyi və İdrak liseyi oldu. Bakı İstanbul Liseyi  (12.842 səslə), Idrak litseyi  (11.178 səslə) digərlərini böyük fərqlə geridə qomuşlar. Digər nəticələr cədvəldə qeyd olunduğu kimidir

  •  Bakı Türk liseyi (BDU-nun nəzdində) (2. 869 səs) 
  • Heydər Əliyev adına lisey; (1.102 səs) 
  • Respublika Kimya Bialogiya Liseyi; ( 474 səs) 
  • Bakı Özəl Türk Liseyi; (463 səs) 
  • Atatürk liseyi; ( 437 səs) 
  • Bakı Avropa liseyi; (336 səs) 
  • Bakı Türk Anadolu liseyi; (322 səs) 
  • 289 saylı orta məktəb –“Zəngi” liseyi; (292 səs) 
  • Fizika, riyaziyyat və informatika təmayüllü lisey; (246 səs) 
  • 287 saylı “Zəkalar” liseyi (208 səs) 
  • Beynəlxalq məktəb; (165 səs) 
  • Respublika Fizika və Riyaziyyat Liseyi; (96 səs) 
  • Müasir Təhsil Kompleksi; (74 səs) 
  • Azərbaycan Texniki Universiteti nəzdində təmayüllü lisey; (38 səs) 
  • Bakı Slavyan Universitetinin humanitar liseyi; (36 səs) 
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü lisey; (33 səs) 
  • Qərb Universiteti nəzdində orta məktəb; (26 səs) 
  • 147 saylı texniki-humanitar lisey; (26 səs) 
  • S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası; (25 səs) 
  • 160 saylı Klassik gimnaziya; (23 səs) 
  • 202 saylı riyaziyyat-təbiət təmayüllü məktəb-lisey; (19 səs) 
  • Texniki humanitar lisey; (18 səs) 
  • A.Ələkbərov adına Respublika incəsənət gimnaziyası; (17 səs) 
  • Bakı Özəl türk liseyinin iqtisadiyyat filialı; (15 səs) 
  • T.İsmayılov adına “İntellekt” məktəb-lisey; (14 səs) 
  • 49 saylı İntellekt liseyi; (13 səs) 
  • İlyas Əfəndiyev adına “Elitar” Gimnaziya; (9 səs) 
  • 134 saylı Akademik gimnaziya; (7 səs) 
  • S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya; (6 səs) 
  • İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar lisey; (6 səs) 
  • 16 saylı texniki humanitar lisey; (4 səs) 
  • Bakı özəl türk kompüter liseyi “Dədə Qorqud”; (4 səs) 
  • Qafqaz Azərbaycan- Türkiyə Özəl Gimnaziyası; (4 səs) 
  • Azərbaycan Dövlət Dəmir Yolu Liseyi; (3 səs) 
  • Arif Huseynov adına İncəsənət Liseyi; (3 səs) 

Cəmi: 31.452

Qalibləri təbrik etməklə yanaşı, sorğuda zəif nəticələr göstərən liseylərə də səslənmək istəyirik. Buna səbəb liseylərinizin maddi-texniki bazasının zəifliyi, tədrisin valideyn və şagirdləri lazımınca təmin edə bilməməsi, yoxsa idarəetmədə yol verdiyiniz yanlışlıqlardır? Bütün hallarda bunlar qüsur sayılır və bu liseylərin fəaliyyətinin getdikcə zəifləməsi, bunlara şagird axınının zəifləməsi və tədricən onların rəqabətə davam gətirməyərək tamamilə sıradan çıxmasına səbəb ola bilər. Orta məktəb, lisey bazasından şagirdin təhsildə fundamentinin zəif qoyulmasına səbəb olmaqsa təhsil işçisinə başucalığı gətirməz. Ölkənin müasir təhsil Strategiyasına və daim yenilənən dünya təhsil prinsiplərinə uyğun işini qura bilməyən liseylərin fəaliyyət göstərə bilməməsi daha məqsədəuyğundur.

Sorğumuz bu sıradan yaranan çoxlu suallara cavab axtarmaq üçün düşünülmüşdü. Qalib liseylərdəki vəziyyətlə tanışlıq imkanlarımız təqdimatlarda mümkün olacaq. Nəticələr özünü nədə göstərəcək, bunu növbəti sorğularımızdan və yazılarımızdan gözləyin.

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar