Mektebgushesi

Azərbaycan dilinin yeni orfoqrafiya normaları açıqlanıb

Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib. Mektebgushesi.az -ın məlumatına görə, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib. Beləliklə, Azərbaycan dilinin orfoqrafiya normaları aşağıdakı kimi müəyyənləşib:                             […]

BŞTİ-də görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdir müavinləri Nərgiz Səfərova, İlhamə Abdullayeva, Moskva Şəhər Elm və Təhsil Departamentinin müdir müavini Alena Şaxova, Moskva Şəhər Elm və Təhsil Departamentinin Texnoloji Modernləşmə Mərkəzinin direktor müavini Aleksandr Dabryakov, Moskva Şəhər Elm və Təhsil Departamentinin İnfrastrukturun İnkişafı […]

liseylərin maddi -texniki bazası, tədrisi və idarəetməsi ilə bağlı sorğu yekunlaşıb

Mektebgushesi.az internet portal təhsil sahəsinin ayrı-ayrı spektrlərini əhatə edən virtual sorğularını davam etdirir. Mövzu və ünvanlar dəyişilsə də, məqsədimiz dəyişməyib. Təhsilin modernləşərək inkişafına yardım etmək niyyətilə bu yola çıxmışıq. Saytın bilavasitə profilinə daxil olan bu sahənin bütün parametrlərini əhatə etməklə ölkəmizin gələcəyinin təminatçısı olacaq təhsildə bir canlanma, hərəkətlənmə yaratmaq missiyasına biz də bu yolla töhfələr […]

Yəhudi alimdən ilk: Tibb tarixində Süni ürək – Fotolar

İsrailli alimlər 3D ilə süni ürək yaradıblar.“Sherg.az” “rfi.fr”ə istinadən xəbər verir ki, bu ürək 2019-cu ilin 15 aprel tarixində Təl-Əvİv universitetinin alimi Tal Dvir tərəfindən hazırlanıb. Bu, dünya tibb sahəsində ilk addımdır. Artıq bu ürək İsraildə cəmiyyətə təqdim olunub. Hazırda bu ürək işlək vəziyyətdə deyil. Köçürmə etmək üçün onun bir az da inkişaf etdirilməsinə ehtiyac var. Alimlər hesab […]

İmtahanlarla bağlı Apellyasiya komissiyaları fəaliyyətə başlayır

10 gün ərzində mərhələli şəkildə 9-cu sinif şagirdlərinin buraxılış imtahanın nəticələri açıqlanacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə məlumat verib.A.Qasımov imtahanların nəticələri ilə bağlı yaradılan Apellyasiya komissiyalarının nə vaxt fəaliyyətə başlayacağını da açıqlayıb.Bildirib ki, komisiyyaların fəaliyyəti may ayının 1-2-3 və müvafiq olaraq 6-7-si tarixlərində olacaq. Apellyasiya Komissiyasında iştirak […]

Yasinin Atası: Məlumat yanlış çatdırılıb, Yasinə 56 min dollar təqaüd verilməyəcək”

“Kütləvi İnformasiya Vasitələrində Yasinin 56 min dollar təqaüdə layiq görüldüyü ilə bağlı yayılan xəbərlər yanlışdır. Jurnalistlər məlumatı insanlara səhv çatdırıblar” Bu sözləri Yasinin atası Yalçın Quliyev jurnalistlərə açıqlaması zamanı bildirib. Yalçın Quliyevin sözlərinə görə, KİV-də yayılan məlumatlarda böyük yanlışlığa yol verilib: “Yasinin 56 min dollar təqaüd alması xəbəri necə yayılıb bilmirəm. Jurnalistlər cəmiyyətə məsələni səhv çatdırıblar. Yasin […]

BDU-nun Nizamnaməsi təsdiq edilib

Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib.  Bu barədə Qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb. Mektebgushesi.az xəbər verir ki, qərara əsasən Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etməlidir. Nizamnaməyə əsasən, publik hüquqi şəxs statuslu BDU-nun fəaliyyət istiqamətlərinə bakalavriat […]

Ceyhun Bayramov: “Azərbaycan və rus sektorlarında dərsliklər eynidir”

“Belə bir fikirlər səsləndirilir ki, rus sektorunda təhsil alanların dərsliklərində, standartlarda müəyyən fərqliliklər var. Ancaq Azərbaycanda bütün məktəblərdə bütün standartlar və dərsliklər eynidir”. Mektebgushesi.az -ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “ASAN” radioya müsahibəsində deyib.  O bildirib ki, rus sektorunda təhsil alan şagirdlərin sayının artması ilə bağlı da fikirlər səsləndirilir: “Bu, belə deyil”. Nazir qeyd […]

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri

Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 1 ci nömrəsini çap edib.  DİM-dən Mektebgushesi.az -a  verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil […]

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart – 6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər. Azərbaycanda “Philip C. Jessup”ın […]

UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin(UFAZ) laboratoriyalarına səfər və UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez, şirkət rəhbərləri, ali məktəb nümayəndələri və digər qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə UFAZ-ın Kimya mühəndisliyi, Üzvi kimya […]

“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə 19 aprel 2019-cu il tarixdə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nı giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şair və mütəfəkkir İmadəddədin Nəsiminin Azərbaycan dilinin və ədəbiyyatının […]

ADAU-da 4 xarici dildə ümumşəhər elmi-nəzəri konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasının akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, rus, fransız) ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Konfransda ADAU-nun tələbələri ilə yanaşı GDU və ATU-nun da bakalavr, magistr səviyyəsində tələbələri də iştirak edib. […]