Dərc olunub: 22.04.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə BP şirkəti və “British Council” təşkilatı arasında müqavilə imzalanıb.

Mektebgushesi.az xəbər verir ki, sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah imzalayıblar.

Sənədə əsasən universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçiriləcək. Razılaşmaya əsasən, mayın 1-dən başlanacaq təlimlər iyul-avqust ayları istisna olmaqla dekabrın 31-dək davam edəcək.

Təlimlər həftədə 3 dəfə 2 tədris saatı keçiriləcək. Layihənin dəyəri 193 min manatdır.

Bənzər yazılar