Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant hazırlayıblar. Bu texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. İmplantın insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz və yan amiotrofik skleroz kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir.

Professor Edvard Çanq bildirib: “Tarixdə ilk dəfə biz insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə bilirik. Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür”.

AzEdu.az AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən, xəbər verir ki,  implant xəstənin beyninə yerləşdirildikdən və siqnalları skan etdikdən sonra alınan informasiyanı dekodlaşdırır və onu sintezlənmiş nitqi generasiya edən digər cihaza ötürür.

E.Çanqın sözlərinə görə, səsin anatomiya ilə dəqiq müqayisəsi alimlərə hər xəstə üçün real virtual səs yaratmağa imkan verir. Bunun üçün onlar iki kompüter təlimi alqoritmi tətbiq ediblər. Onların biri danışıq zamanı yaranan beyin aktivliyinin siqnallarını virtual səs traktı hərəkətlərinə çevirən dekodlaşdırma üçün istifadə edilir. Digər alqoritm isə əldə olunan səs traktı hərəkətlərini xəstənin sintetik səsinə çevirən sintezator tərəfindən tətbiq olunur.

Texnologiyanın tibbdə kütləvi tətbiqinə nə vaxt başlanacağı barədə hələki məlumat verilmir.

Mektebgushesi.az

Bənzər yazılar