29 aprel 2019- cu il tarixində Bakı Slavyan Universitetində
“Qrammatikanin tədrisi strategiyalari”  (“Grammar teaching strategies”)
adli elmi seminar kecirilib.


Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutan seminarın aparıcısı müəllim İbrahimova Bənövşə Eldar qızı ingilis dilinin tədrisində vacib olan metodlardan nə zaman  istifadə edilməsinin məqsədəuyğunluğundan dəqiq və təcrübi nümunələrlə danışıb, auditoriyalarda rast gəlinən problemlərin həlli məsələlərini açıqlayıb.

Sonra seminarın iştirakçıları olan müəllim və tələbələrin sualları cavablandırılıb və seminar müzakirə şəklində davam etdirilib. Qeyd edək ki, seminar ingilis diliində aparılıb.

Sonda çıxış edən kafedra əməkdaşları yüksək səviyyədə keçən tədbirə görə Bənövşə İbrahimovaya təşəkkürlərini bildiriblər.

mektebgushesi.az

Bənzər yazılar