Dərc olunub: 30.04.2019

Direktorların işə qəbul imtahanları artıq yekunlaşıb. Bu vəzifəyə təyinat alanların siyahısı da məlumdur. Növbəti tədris ilində direktor seçilmək istəyən namizədlər isə müsabiqənin şərtləri, keçirilməsi qaydası ilə sıx maraqlanırlar. Onların ən çox verdikləri suallar isə vakat yerlərin təyin olunması ilə bağlıdır.

Mektebgushesi.az izləyiciləri ən çox maraqlandıran sualların cavabını təqdim edir:

Sual:

Bəzi məktəblərdə direktor olmasa da, həmin yer vakant göstərilmir. Bunun səbəbi nədir? Bu hal düzgündürmü, yoxsa vakansiyanın gizlədilməsi deməkdir?

Cavab:

Vakansiyalar araşdırılarkən vakant olan bütün yerlər elan edilir. Amma bəzi məktəblərdə nazirliyin razılığı ilə müvəqqəti müddətə direktor vəzifəsi həvalə oluna bilər. Bu zaman həmin müddət bitənədək vakansiya elan olunmamalıdır. Bu səbəbdən vakansiya olsa da, elan olunmaya bilər.

Bu haldan başqa gizlədildiyini ehtimal etdiyiniz vakansiyalar olarsa, araşdırılması üçün müraciət edə bilrsiniz.

Qeyd edək ki,direktor olmaq üçün  pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər müraciət edə bilirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür. (AzEdu.az) 

Bənzər yazılar