Mektebgushesi

XIV Respublika Universiadasına start verildi

Bakı İdman Sarayında tələbələrin XIV Respublika Universiadasının açılış mərasimi olub. Mektebgushesi.az AZƏRTAC- a istinadən  xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov hər bir ölkənin gələcək inkişafının təmin edilməsində, onun genofondunun qorunmasında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirib. Nazir müavini ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində, o […]

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Bahar ilmələri” sərgisinə hazırlaşırlar

Mayın 4-də “ARIF AZIZ ART HOUSE” sənət evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan tələbələrinin “Bahar ilmələri” adlı kollektiv sərgisi keçiriləcək. ADMİU-dan Mektebgushesi.az -a bildirilib ki, sərgidə tələbələrin bədii xalça və bədii toxuculuq ixtisaslaşmaları üzrə ənənəvi və innovativ yanaşmaları özündə ehtiva edən xalça, qobelen, art-protis, batika nümunələri […]

Cavid Əlizadə: istərdim ki, Azərbaycan elminin inkişafında mənim də payım olsun

Onun 19 yaşı var. 2018-ci ilin dekabrında SAT imtahanından maksimum 1600 baldan 1550 bal toplayıb. Bu yüksək nailiyyəti ilə o, Böyük Britaniyanın “Imperial College London”, “University Coulege London” kimi dünya reytinqində ilk onluqda yer alan ali təhsil müəssisələrində sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb. Mektebgushesi.az AZƏRTAC -a istinadən, oxucuları istedadlı gənc Cavid Əlizadə ilə yaxından tanış […]

“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında

Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata […]

Nadir İsrafilov: “Təhsil sahəsində görülən işlər bir ildə deyil, bir neçə ildən sonra üzə çıxır və bəhrəsini verir”

Nadir İsrafilov: “Ceyhun Bayramovun birillik fəaliyyəti dövründə hazırda təhsilə dair strategiyamız hazırlanıb, məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb”“C.Bayramov ona göstərilən etimadı layiqincə doğruldur”İlqar Orucov: “C.Bayramov bir nazir kimi təhsil sahəsində islahatları uğurla davam etdirir” Təhsil cəmiyyətin onurğa sütunudur. Sağlam təməllər üzərində inkişaf edən təhsil xalqın etibarlı gələcəyinin təminatçısıdır. Dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi təhsilin yeni inkişaf istiqamətlərini […]

BDU-da görkəmli oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib. Görkəmli alimin ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra BDU-nun rektoru Elçin Babayev tanınmış ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyat yolu haqqında danışıb. Oftalmologiya elminə böyük töhfələr vermis, elmi işləri, aldığı […]

Aİİ-də yazarlarla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə 29 aprel 2019-cu il tarixdə Şərif Ağayar və Mirmehdi Ağaoğlu ilə görüş təşkil edib. Yazıçı Şərif Ağayar ali təhsil müəssisəsində belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. O qeyd edib ki, tələbələrin müasir yazıçıları həvəslə oxuması, onların əsərlərini müzakirəyə çıxarması bəyənilən haldır. Görüş iştirakçılarına ədəbi yaradıcılığından […]

Fransalı professor ADNSU tələbələrinə seminar keçib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) “Dəvətli professor” layihəsi çərçivəsində daha bir seminar keçirilib. Mektebgushesi.az xəbər verir ki, Fransalı professor Phillips Guys Qaz-Neft-Mədən Fakültəsinin (QNMF)  III kurs tələbələrinə “Qazma üsulları və quyularda aparılan işlər” mövzusunda məruzə ilə çıxış edib. Seminarda P.Guys neft quyularının qazılma üsulları və müasir texnioloji yeniliklər barədə geniş təqdimatla […]

Ali və orta məktəblərdə dini dərslər neçə keçiriləcək? – RƏSMİ

Təhsil Nazirliyi ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirlərinə münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, nazirlikdən ONA-nın sorğusuna verilən cavaba görə, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər […]

Orta məktəbdə şagirdlər arasında dava olub

Bakıda orta məktəbdə şagirdlər arasında dava olub. Mektebgushesi.az ONA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən 314 saylı orta məktəbin həyətində qeydə alınıb. Dava barədə valideyn Cəmilə Həsənova polisə şikayət edib. O, şikayətində oğlu, həmin məktəbin şagirdi, 15 yaşlı Fərid Həsənovun üç şagird tərəfindən döyüldüyünü qeyd edib. Faktla bağlı araşdırma aparılır.

Paytaxt məktəblisi beynəlxalq yarışın qızıl medalına layiq görülüb

Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib. Mektebgushesi.az xəbər verir ki, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın […]

Paytaxt məktəbliləri Formula 1 tədbirlərində maraqlı proqramla çıxış ediblər

Paytaxt məktəbliləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə bağlı tədbirlərdə maraqlı proqramla çıxış ediblər. Mektebgushesi.az xəbər verir ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəb, 20 və 6 nömrəli məktəb-liseylər, 132-134 nömrəli Məktəb-Lisey Kompleksi və Avropa liseyinin şagirdləri 26-28 aprel 2019-cu il tarixlərində Bulvar ərazisində Formula 1 oyunları ilə […]

Gəncə Dövlət Universitetində elmi-nəzəri seminar keçirilib

Gəncə Dövlət Universitetinin Veteranlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən elmi-nəzəri seminar keçirilib. Seminarda Filologiya və Xarici dillər fakültələrinin professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib. Tədbiri açan universitetin Humanitar məsəslələr üzrə prorektoru Gülsüm Fətəliyeva Ümummilli Liderin ibrətamiz həyat yolundan, onun Sovet və müstəqillik dövründə gördüyü böyük işlərdən danışıb. […]

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə olimpiada təşkil edilib

Təhsil Nazirliyinin dəstəyi, ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis dili, alman, dili, fransız dili və rus dili fənlərindən olimpiada təşkil edilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin xarici dillərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir. […]