Mektebgushesi

AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyinin dəstəyi, universitet və İqtisadiyyat Nazirliyinin həmtəşkilatçılığı ilə ilk dəfə “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib. Konfransda görkəmli iqtisadçılar, Milli Məclisin üzvləri, İqtisadiyyat Nazirliyinin, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin, İqtisadi islahatlar ETİ-nin nümayəndələri […]

ATU- da beynəlxalq elmi konfrans keçirilir

Aprelin 30-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında “İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Mektebgushesi.az xəbər verir ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransa Perm Tibb Universiteti (Rusiya), Cənubi-Ural Dövlət Tibb Universiteti (Rusiya), Milli Təbabət Universiteti (İtaliya) və digər tibb müəssisələrinin aparıcı mütəxəssisləri qatılıblar. “Mamalıq-ginekologiya, cərrahiyyə, […]

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Mayın 1-dən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. […]

Qazaxıstanlı tələbə Azərbaycan dilini öyrənib və ölkəmizə maraq göstərir

Azərbaycan-Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq, strateji tərəfdaşlıq münasibətləri Qazaxıstan gənclərində ölkəmizə marağı artırır. mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, Qazaxıstan Avrasiya Milli Universitetinin birinci kurs tələbəsi Aliya Kairova Azərbaycan dilində sərbəst danışa bilir. O, Azərbaycan dilini Azərbaycan filmlərinə baxaraq, kitablar oxuyaraq öyrənib. Türkdilli xalqların dilləri arasında Azərbaycan dilinin daha da xoşuna gəldiyini, onu […]

Təhsil Naziri ADNA-dakı terror qurbanlarının xatirəsini anıb

Təhsil naziri ADNA faciəsi qurbanlarının xatirəsini anmaq üçün universitetə gedib. Mektebgushesi.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermiş terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb. Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 10 il […]

Gündüz İsmayılov: Dini təhsili dini təyinatlı mədrəsələr və təhsil ocaqları verir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ali və orta məktəblərdə dini biliklərin tədrisi ilə bağlı fikirlərini bildirib. Mektebgushesi.az ONA-ya istinadən xəbər verir ki, G.İsmayılov deyib ki, söhbət orta məktəblərdə dinin və şəriətin tədrisindən getmir: “Söhbət dini biliklərin tədrisindən gedir. Şagirdlərə, gənclərə ilkin bilikləri biz  verməliyik, radikal qüvvələr yox”. Komitə rəsmisinin fikrincə, […]

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının onlayn sınaq imtahanı keçirilir

Bu imtahana yazılanlar bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir. Hazırda portalda qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqları istifadə […]

9-cu sinif şagirdləri üçün imtahan nəticələri elan olunub

Şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, […]

Bakı Ali Neft Məktəbinin 21 tələbəsi SOCAR Türkiyədə təcrübə keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) “Star” neft emalı zavodunun icraçı direktoru Mesut İlter, SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Sibel Uğur və İşəgötürmə üzrə mütəxəssisi İlke Enginlə görüş keçirilib. Tələbələr və valideynlərin də iştirak etdiyi görüşdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, şirkətin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması […]

I sinfə qəbul üçün məktəb seçiminə start verilir

Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir. Bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilərlər. Mektebgushesi.az xəbər verir […]

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Bakı Dövlət Universitetində olub. Mektebgushesi.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev universitetin yeni hədəflərindən danışıb, Macarıstan ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edən rektor elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu da vurğulayıb. Eyni zamanda Bakı Dövlət Universitetinin 100 illik yubileyi […]

Vakant yer barədə məlumat hansı halda açıqlanmaya bilər

Direktorların işə qəbul imtahanları artıq yekunlaşıb. Bu vəzifəyə təyinat alanların siyahısı da məlumdur. Növbəti tədris ilində direktor seçilmək istəyən namizədlər isə müsabiqənin şərtləri, keçirilməsi qaydası ilə sıx maraqlanırlar. Onların ən çox verdikləri suallar isə vakat yerlərin təyin olunması ilə bağlıdır. Mektebgushesi.az izləyiciləri ən çox maraqlandıran sualların cavabını təqdim edir: Sual: Bəzi məktəblərdə direktor olmasa da, […]

Almaniyada Azərbaycan musiqisini təbliğ edən azərbaycanlı bəstəkar

Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi “İn memoriam Kara Karayev”, “İn memoriam Ludwig Van Beethoven”, beş hissəli “Qarabağ suita”sı, “Qarabağ həsrəti”, “Odlar ölkəsi” və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Dəfələrlə beynəlxalq bəstəkarlıq […]

ADNA-da törədilən terror aktından 10 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) törədilən terror hadisəsindən 10 il ötür.  Mektebgushesi.az Oxu.Az -a istinadən xəbər verir ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı […]

Firudin Qurbanov İdman liseyində olub

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 1 nömrəli İdman liseyinin pedaqoji və məşqçi-müəllim heyəti ilə görüş keçirib. Əvvəlcə dərs prosesi ilə tanış olan nazir müavini şagirdlərlə söhbət edib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, tədbirdə çıxış edən Firudin Qurbanov müasir tələblərə cavab verən idman təmayüllü liseylərin yaradılmasının əhəmiyyətindən danışıb, belə təhsil müəssisələrinin şagirdlərin təhsil alması […]