Dərc olunub: 15.05.2019

Mayın 19-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirakı nəzərdə tutulan  ən yaşlı abituriyentin 56, ən gəncin isə 14 yaşı var.

Məlumatda qeyd olunur ki, dünənki imtahanda iştirak etmək üçün ərizəsini təsdiq edən abituriyentlərdən ən yaşlısı 1963-cı, ən gənci isə 2004-cü ildəndir.

Xatırladaq ki, bütün ixtisas qrupları üzrə ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.

Bənzər yazılar