Dərc olunub: 30.05.2019

Böyüklərdən fərqli olaraq uşaqlar bir problemləri olduğunu deyə bilməzlər. Çünki içində olduqları durumun problem olduğunu anlamaq iqtidarında deyillər hələ. Türkiyəli psixoloq Güldən Gül uşaqların problemlərini simvolik dillə ifadə etdiklərini bildirir və bununla bağlı ailələrə tövsiyələr verib.
Psixoloqun fikrincə, uşaqlar təsirləndikləri hər hansı hadisəni sözlərlə ifadə etməkdə çətinlik çəkdiklərindən simvolik ya da metaforik üsullarla anlada bilirlər. Uşağın altını islatması, dırnaqarını yeməsi, özünə qapılma və ya hiperaktiv davranışlar, baxışlarını uzun müddət bir yerə, bir nöqtəyə tuşlamaları «məni bir qorxum, qayğım, problemim var» demə şəklidir. Təbii, bu vəziyyət uşağın yaş dövrünə görə dəyişik də ola bilir.
Uşaq, Allah qorusun, cinsi istismara məruz qalıbsa və ona qarşı zor tətbiq edilibsə, bu uşaqda özünə qapanma, hədsiz utancaqlıq, əvvəllər güvəndiyi və mehribanlıq əlamətləri sərgilədiyi insana qarşı davranışlarının dəyişməsi və həmin adamı gördükdə qəfil narahatlıq keçirməsiylə özünü göstərəcək. Uşaq nədən bu hala düşdü deyə suala cavab axtarırsınızsa, əvvəlcə bunları müəyyən edin: yaxın keçmişdə evinizi və ya uşağın məktəbinei, sinfini dəyişməməsiniz? Ailə daxili problemlər varmı? İkinci övladınız dünyaya gəlibmi? 
Əgər bunların heç biri yoxdursa, o zaman uşağın baxıcısının davranışlarına araşdırmanızda fayda vardır. Uşağın istifadə etdiyi oyuncaqlar da sizə çox şeyi deyəcək. Çəkdiyi rəsmlər, oyuncaq seçimləri, təkrar-təkrar izlədiyi proqramlar – hər biri özündə gizli bir mesaj daşıyır. Uşaqlar gündəlik həyatlarında xatırlamadıqları, şüurun alt qatında yatan duyğusal reaksiyalarını bu yollarla ortaya çıxarıb ifadə edirlər. 
Oyun müalicə otağında uşağın yüzlərlə oyuncaq arasından ilk olaraq seçdiyi oyuncağa baxılır. Uşağın seçdiyi oyuncaq və qurduğu oyun onun yaşadığı problemi əks etdirir. Atası tərəfindən şiddət görən uşaq onun aldığı oyuncaqlara qarşı aqressiv olur. Əgər uşaq sizə cinsi istismara məruz qalıdğını deyirsə, siz ona mütləq inanmalısınz. 
Onsuz da qorxmuş, hadisənin özünün xətası olub-olmadığına dair tərəddüd içində uşaq, üstəlik valideynin ona inamsızlığına heç bir dözə bilməz. Məktəbə getməkdən imtina, qorxu və qayğı, yuxu problemi, əşyalarının itməsi ya da əşyalarına zərər verməsi yaşanan problemin əlamətləridir. Bu vəziyyətdə uşağa özünü ifadə etmək üçün sərbəstlik və vaxt verilməlidir. Övladınızın başını daha artıq dərdə salmayın, məktəb rəhbərliyi ilə danışıb duruma kənardan nəzarət edin.
Onları 15 dəqiqə dinləyib, ağıl verməyə qalxmasanız, problemlərini sizinlə paylaşacaqlar. Gündə 15-20 dəqiqə vaxt ayırmağınız yetərlidir. Bu, ona dəyər verdiyinizi göstərir və beləliklə övladınız sizin üçün dəyərli olduğuna və sevildiyinə inanır. 
Övladınızı anladığınız ona tez-tez təkrarlayın. Bu, uşağın sakitləşməsinə yardımçı olacaq. Onu dəyişdirməyə çalışmağınız, ya da hisslərinin mənasız oluğunu .Söyləmək vəziyyəti daha da ağırlaşdıra bilir. «Hirslənəcək nə var? Nə oldu ki?!» kimi müdaxilələr yerinə «İndi əsəbi olduğunun fərqindəyəm» demək doğru seçimdir. Ya da nə hiss etdiyini anlamağa çalşıram deməlisiniz. Sizin hisslərinin anladığınızı və ya anlamağa çalışdığınızı bilməsi özünü ələ almasına yardımçı olacaqdır.
Məlahət

Bənzər yazılar