Ölkə ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” qeyd olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2018-2019-cu tədris ilində peşə təhsili müəssisələrini 12 min 678 tələbə bitirib.

Tədris ilinin başa çatması ilə əlaqədar işəgötürənlərin, məzunların, valideynlərin, peşə təhsili və təliminin cəlbediciliyini artırmağa və əmək bazarına uyğunluğunu təmin etməyə birbaşa dəstək olan təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirlərə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri də qatılıblar.

Bənzər yazılar