Azərbaycanda bir elm sahəsi kimi humanist pedaqogikanın tədrisdə rolu danılmazdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “Saf düşüncə möcüzə yaradır” mövzusunda humanist pedaqogika üzrə III Respublika oxularının iştirakçısı, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O qeyd edib ki, humanist pedaqogika müəllimin qarşısında duran bir çox vəzifələrlə, o cümlədən şagirdləri sevmək, onlara daha çox hörmət etmək, təhsildə dəyərlərin əhəmiyyətini artırmaq və s. bağlı sahədir. Təhsil işçiləri bəzən təhsil sisteminə mexaniki proses kimi baxırlar. Onlara əsasən nəticələr maraqlıdır və nəticələr də mütləq rəqəmlərlə ifadə olunmalıdır. Amma bunun arxasında bəlkə də rəqəmlərlə ifadə oluna bilməyən bir məsələ dayanır. Belə ki, müasir dövrdə cəmiyyətin inkişafında onun tərkib hissəsi olan məktəb həyatının, müəllim fəaliyyətinin humanist dəyərlər zəminində formalaşması mühüm amillərdir.

Humanist pedaqogika sahəsində keçirilən oxuları yüksək qiymətləndirən Emin Əmrullayev konfransın əhəmiyyətini vurğulayaraq deyib ki, belə oxular Azərbaycanda artıq ənənəyə çevrilib. Müvafiq istiqamətdə həm beynəlxalq, həm də respublika səviyyəsində tədbirlər keçirilir. Bu, sevindirici haldır və pedaqoji ictimaiyyət üçün mühüm töhfədir

mektebgushesi.az

Bənzər yazılar