AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayinin “Uran və Neptun planetlərinin spektrlərində molekulyar hidrogen xətlərinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, Uran və Neptun planetlərinin kütləsinin əsas hissəsini (86-96 faizi) təşkil edən molekulyar hidrogen qazının tədqiqi onların malik olduğu enerji mənbəyinin təbiətini müəyyənləşdirməyə və atmosferlərinin təkamülünü dərk etməyə imkan verəcək. Müşahidə materiallarının təhlili bu planetlərin temperaturunun gözləniləndən böyük qiymət alması ilə nəticələnib.

Sonra şöbənin elmi işçisi Zabit Fərziyev müşahidə materiallarının alınması və emalı haqqında ətraflı məlumat verib.

Bənzər yazılar