7 iyulda II və III ixtisas qrupları üzrə keçiriləcək imtahandan sonra 2019-cu ildə baş tutacaq qəbul imtahanları başa çatacaq.

Abituriyentləri son günlərdə maraqlandıran əsas suallardan biri də müsabiqə şərtlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

Xüsusilə də ümumi balı 200-dən çox olan abituriyentlərin bəziləri, imtahanın II mərhələsi üzrə 100 bal məhdudiyyətini ödəyə bilmədiyinə görə müsabiqədən kənarda qalıb.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın II mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müsabiqə şərtlərində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur.

Mektebgushesi.az

Bənzər yazılar