Mektebgushesi.az xəbər verir ki, “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Qobustan rayonunun Təklə kənd sakini, 2001-ci il təvəlüdlü Nəbiyev Mürvət Zahid oğlu qəza zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin 2-ci kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.

Bənzər yazılar