Mektebgushesi

ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə növbəti mediatur təşkil olunub. 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 iyun 2019-cu […]

Məleykə Abbaszadə Qax rayonunda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qax rayonunda vətəndaşları qəbul edib Qəbulda Qax rayonunu ilə yanaşı Zaqatala və Balakən rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 28-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq […]

UNEC ABŞ-da çalışan azərbaycanlı alimlərlə əməkdaşlıq edəcək

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ABŞ-ın Corc Vaşinqton Universitetində keçirilən Birinci Azərbaycan Akademik Simpoziumunda iştirak edib. Tədbirdə ABŞ Dövlət Departamentinin rəsmisi Susan Kristal, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, ABŞ-ın Vaşinqton Universiteti, Kolumbiya Universiteti, Karnegi Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində çalışan Azərbaycan əsilli alimlər iştirak ediblər. […]

“Azərbaycan məktəbi” jurnalı beynəlxalq elmi-pedaqoji nəşrlər sırasında jurnalının 2019-cu ildə ilk sayı çapdan çıxıb

“Azərbaycan məktəbi” jurnalı artıq 1 ilə yaxındır ki, oxucularının görüşünə yeni dizayn və formatda, istər ölkə, istərsə xaricdən ünvanlanan, müasir tələblər səviyyəsində yazılmış elmi-tədqiqat məqalələri, araşdırma materialları ilə gəlir. Jurnalda məqalələrin çapına verilən tələblərin beynəlxalq qaydalara uyğunlaşdırılması, bir sıra beynəlxalq indekslərə üzvlüyün həyata keçirilməsi, Redaksiya heyətinin və redaksiya şurasının Azərbaycanın və dünyanın görkəmli alimləri, təhsil […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiriləcək

11-12 iyul 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək. Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik […]

“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimi

Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təlimlər Təhsil Nazirliyi və BMTİ-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-ə yaxın ibtidai sinif müəllimi cəlb olunub. Təlimlər hər qrup üzrə 6 gün davam edib. Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə […]

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

2019-cu ildə iyun ayının 20-dək Bakı Dövlət Universitetinin (BDU) alimləri tərəfindən “Clarivate Analytics” (əvvəlki “Tomson Reuters”) informasiya agentliyinin bazasına daxil olan nəşrlərdə 137 məqalə dərc etdirilib. Bu müddət ərzində universitet alimləri tərəfindən çap etdirilmiş məqalələrə 734 dəfə (yalnız 2019-cu ildə dərc olunmuş məqalələrə 21 dəfə) istinad olunub. “Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, ötən il […]

Məlahət Mürşüdlü: Mirzə Şəfi Vazeh yaxşı müəllim və maarifçi idi

Ədəbiyyatımızda şair və “Divani hikmət” ədəbi məclisinin yaradıcısı kimi tanınan Mirzə Şəfi Vazeh (1794 – 1852) həm də yaxşı müəllim və maarifçi idi. Gəncə şəhərində dərs dediyi mədrəsədə dünyəvi ideyaları təbliğ etmişdir. Dramaturgiyamızın banisi M.F.Axundzadə və Şərq poeziyasının tərcüməçisi F. Bodenşted onun şagirdləri olmuşdur. 1850-ci ildə Tiflisdə gimnaziyada müəllimliyə başlayan M.Ş.Vazeh İ. Qriqoryevlə birlikdə “Azərbaycan […]

Kamran Əsədov: 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 20 mindən cox planlaşdırılır

Ötən illər müqayisədə bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında böyük dəyişiklik var. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il dövlət sifarişli yerlərin sayı 8 min artıb.DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir:“Bu o deməkdir ki, […]

“Azərbaycan məktəbi” jurnalının növbəti sayı dərc olunub

“Azərbaycan məktəbi” jurnalının 2019-cu il yeni sayı işıq üzü görüb.  Mektebgushesi.az  xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin orqanı “Azərbaycan məktəbi” beynəlxalq elmi-nəzəri pedaqoji jurnalının 2019-cu il birinci sayı dərc edilib. “Azərbaycan məktıbi” 95 ildir ki, fasiləsiz fəaliyyət göstərir və hazırda dünyanın tanınmıış elmi-pedaoji jurnalları sırasındadır.  Jurnal 95 illik yubileyi ərəfəsində  olduqca maraqlı elmi məqalələrlə […]

Dilçilik İnstitutunda dəyişiklik olundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Mektebgushesi.az-ın xəbərinə görə, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib. İclasda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinə akademiyanın 75 illik yubileyi ilə bağlı təkliflər […]

Bakının Yasamal rayonunda itkin düşmüş məktəbli qız tapılıb

9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub. Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır. Məlumata görə, Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxmışdı. Mektebgushesi.az

Azərbaycanda ali təhsil müəssisələrindən və kolleclərdən xaric edilənlərin sayı açıqlanıb

1992-2018-ci illərdə Azərbaycanda təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə əlaqədar təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. Mektebgushesi.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib ki, “Tələbə-məzun” sistemində yer alan məlumatlara əsasən, 1992-2018-ci illərdə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə əlaqədar bakalavriat […]

AMEA-nın 75 illik yubileyi qeyd ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin qeyd edilməsi üçün Tədbirlər Planı hazırlanacaq. AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib. Akademik 2015-ci ildə təntənəli şəkildə qeyd olunan akademiyanın 70 illik yubileyində iştirak edən ölkə prezidentinin dərin məzmunlu nitqi ilə Azərbaycan […]

Nəzirməmməd Zöhrablı -Hansı kollecdə yay imtahan sessiyası obyektiv keçirilir?

Mektebgushesi.az-ın sorğusu “atılan toplara diksinən və diksinməyən” kollecləri üzə çıxarır Indi seçim anıdı. Təhsil ocaqları öz yeni tələbələrini gözləyirlər. Həm də yarış gedir. Hansı universitet, kollec daha yararlı, daha dəyərli, işinə daha çox məsuliyyətlidi? Hansı təhsil ocağında oxumaqla abituriyent öz gələcəyinin təminatını yüksək səviyyədə görə bilir? Əlbəttə ki, hər bir insan gələcəyini düşünərək öz ixtisasını […]