Mektebgushesi

Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib. Mektebgushesi.az Trend-ə istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, tədbir tələbə və məzunlara yiyələndikləri ixtisas üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək məqsədi daşıyıb. […]

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib. Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayinin “Uran və Neptun planetlərinin spektrlərində molekulyar hidrogen xətlərinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Uran və Neptun planetlərinin kütləsinin əsas hissəsini (86-96 faizi) təşkil edən molekulyar hidrogen qazının […]

Peşə Təhsil Mərkəzində “Məzun günü” çərçivəsində sərgi təşkil olunub

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Məzun günü” Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev məzunları, onların valideynlərini və qonaqları əlamətdar gün münasibətilə təbrik edərək, rəhbəri olduğu kollektivin uğurlarından danışıb. Tədbirdə […]

“Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda elmi konfrans olub

Təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı məsələlərin həlli, ilk növbədə, bu sahənin tərəqqisindən asılıdır. Sevindirici haldır ki, Naxçıvanda elm və təhsil muxtariyyət illərində böyük inkişaf yolu keçib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə […]

2018-2019-cu tədris ilində peşə təhsili müəssisələrini 12 mindən çox tələbə bitirib

Ölkə ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” qeyd olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2018-2019-cu tədris ilində peşə təhsili müəssisələrini 12 min 678 tələbə bitirib. Tədris ilinin başa çatması ilə əlaqədar işəgötürənlərin, məzunların, valideynlərin, peşə təhsili və təliminin cəlbediciliyini artırmağa və əmək bazarına uyğunluğunu təmin etməyə birbaşa dəstək olan təşkilatların nümayəndələrinin […]

Ümumtəhsil müəssisələri rəhbərlərinin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılmışdır. Bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili […]

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyun 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766  […]

“CanSat Azərbaycan 2019” müsabiqəsinin final mərhələsi

Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Final mərhələsinə müsabiqənin “İlkin Hesabat Sənədi”nin təqdim olunması və “Layihələndirmə” mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb. Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti […]

Azərbaycan jurnalistikasının Səyyarəsi…

İnsanlar haqqında danışarkən “səmimidir” sözünü tez-tez dilə gətirsək də, əslində bu kəlmə olduğu kimi görünüb, göründüyü kimi olanlara şamil edilməlidir. Çünki səmimiyyət insana xas olan təbii xüsusiyyətlərin ən gözəlidir. Səmimi insanlar düşündüklərini dilə gətirməkdən çəkinmirlər. Fikirlərini açıq-aşkar ifadə edib, niyyətlərini olduğu kimi biruzə verirlər. Onlar su kimi saf, büllur kimi şəffaf olurlar… Uzun illərdir ki, […]

Şagirdə oxumağımı, yoxsa düşünməyimi öyrədək?

Kurikulumlar bizim kim olduğumuzu, hansı səviyyəyə çatdığımızı bizə bildirən məqamlardan biridir (ABŞ sosioloqu C.Dreyk). Biz tez-tez müxtəlif mövzularda keçirilən tədbirlərdə məktəblərdə tətbiq edilən kurikulumların (proqramların) lazımsız, təhsilin keyfiyyətinə mane olan yanlış bir proqram olduğu haqqında şikayətləri eşidirik. Latın sözü olub “yol” mənasını verən kurikulum, əslində, şikayətlərdə deyildiyi mahiyyəti daşımır. Fikrimizcə, narazı olanlar ilk olaraq bu […]

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi təşkil olunacaq

İyulun 9-dan gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcək. Qəbələ Arxeoloji Mərkəzində bir həftə davam edəcək tədbirin təşkilatçıları AMEA-nın İctimai Elmləri Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasıdır. AMEA-dan AZƏRTAC-a bildirilib ki, yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri […]

ADPU-da Məzun Gününə həsr edilmiş tədbir keçirilib

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar və xoş gün münasibətilə təbrik edib, məzunlara gələcək həyatlarında […]

Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib

İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib. Tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Bu gün məzunların həyatlarında ən əziz günlərdən biri olduğunu deyən rektor sevinclə yanaşı, kədər hissinin […]

İlahiyyat İnstitutunun ilk magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsində Dinin psixologiyası və İslamşünaslıq ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafisəsi keçirilib. Magistrlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Şuranın sədri BDU Şərqşünaslıq fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək, magistrantlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Alim bundan sonra da gənclərin elmi-tədqiqatlar aparmasını, qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis […]

“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib. Konfransda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, hər iki qurumun əməkdaşları, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, […]