Mektebgushesi

Etibar Əliyev: UNEC-in düzənlədiyi “Məzun günü”ali məktəbdə aparılan islahatların gerçəkliyini göstərdi

Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakı Kristal zalında keçirdiyi möhtəşəm “Məzun günü” müzakirələrə səbəb olub. 4125 məzun, onların valideynləri və qonaqların iştirakı ilə keçirilən “Məzun günü”ndə 12000-ə yaxın insan iştirak edib. Təhsil eksperti  Etibar Əliyev UNEC -də keçirilən məzun günü təəssüratlarını şəxsi Feysbuk hesabında yazıb. Onun fikrincə, bu möhtəşəm gün məzunlar və valideynlərinin yaddaşında […]

Ali təhsil müəssisələrində psixoloji xidmət göstəriləcək

Azərbaycanın ali təhsil müəssisələrində psixoloji xidmət göstəriləcək.  Mektebgushesi.az APA-ya istinadən bildirir ki, bununla bağlı yeni hazırlanan “Ali təhsil haqqında” Qanun layihəsinə “Ali təhsil müəssisəsində psixoloji xidmət” adlı maddə əlavə edilib. Qeyd edək ki, “Ali təhsil haqqında” Qanun layihəsi iyulun 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.

Azərbaycanda ali təhsil işçilərinin attestasiyası aparılacaq

Azərbaycanda ali təhsil sahəsi işçilərinin attestasiyası aparılacaq. Mektebgushesi.az – ın APA-ya istinadən məlumatına görə, bu barədə yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bildirilib. Bununla bağlı yeni sənədə “Ali təhsil sahəsi işçilərinin attestasiyası” adlı 17-ci maddə əlavə edilib. Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi barədə sənəd Milli Məclisin iyulun 2-də Elm və təhsil komitəsinin […]

“Ali təhsil haqqında” qanunu pozanlar məsulliyyət daşıyacaqlar

“Ali təhsil haqqında” qanunun pozulmasına görə məsulliyyət müəyyənləşib. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, bu barədə yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bildirilib. Yeni sənədin 35-ci maddəsində (Qanunun pozulmasına görə məsuliyyət) göstərilib ki, “Ali təhsil haqqında” qanunun tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qeyd edək ki, “Ali […]

Səhiyyə Nazirliyi 23 saxta diplom aşkarlayıb

Səhiyyə Nazirliyi 2018-ci ildə 19 saxta diplom aşkarlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib. Nazirlik tərəfindən 2019-cu ilin ilk 3 ayı ərzində isə 4 saxta diplom aşkar edilib. Aşkarlanmış saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət olunub.

“İnformasiya texnologiyaları sənayesinin tendensiyaları və təhsilə təsiri” mövzusunda müzakirələr aparılıb

Təhsil Nazirliyində “İnformasiya Texnologiyaları sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda tədbir keçirilib. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və onlardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə yaradılan müasir təhsil sistemini beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və […]

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 950 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir. DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 1-i saat 12:00-a olan məlumata görə, müsahibədə […]

Təhsil Nazirliyinə iyun ayında 17 323 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 323 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 905 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 418 vətəndaşa xidmət […]

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub. Mektebgushesi.az – a nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər və […]

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

İyunun 27-də Azərbaycan İlahiyyat İnstitutunun ilk Məzun Günü keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən rektor vurğulayıb ki, hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyevin […]

52 yaşında məzun oldu

Mektebgushesi.az “Qafqazinfo”nun məlumatına istinadən bildirir ki, sözügedən şəxs 1967- ci il təvəllüdlü Qəbələ rayon sakini İqrar Əhmədovdur. İ. Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetində qiyabi təhsil alıb. Universitetin ən yaşlı tələbəsi dövlət imtahanından uğurla keçərək məzun olub. Qeyd edək ki, İ. Əhmədov təhsilini 2001- ci ildə bitirməli olsa da, müəyyən səbəblərdən buna nail ola bilməyib.

ADPU Şərq Tərəfdaşlığı Ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub

25-26 iyun 2019-cu il tarixlərdə Tbilisidə keçirilən “Şərq Tərəfdaşlığı” çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Təhsil və mədəniyyətlə bağlı müasir dövrün tələbləri, təhsil sahəsində islahatların aparılması, milli-mənəvi dəyərlərin təbliği, qorunması və bu kimi digər məsələlər konfransın əsas […]

Bakı Ali Neft Məktəbinin tələbələri xaricdə ixtisasartırma kurslarına göndəriləcək

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov, baş mütəxəssis Sabiq Abdullayev, “Technip FMC” şirkətinin Azərbaycan üzrə meneceri Luigi Fiorentino, şirkətin ofis meneceri və layihələr üzrə koordinatoru Səbinə Abbasova və BANM-in məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı […]

Dövlət qulluğuna qəbul imtahanından müvəffəqiyyətlə keçən şəxslərin nəzərinə!

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün iyunun 30-da keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 1 iyul saat 10:00-dan […]

Paytaxt məktəblisi qızıl medal qazanıb

Paytaxt məktəblisi Avropa Çempionatında Yunan-Roma güləşi üzrə I yeri tutub. İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı Yunan-Roma güləşi üzrə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. İstedadlı güləşçi macar rəqibini 50, bolqar rəqibini 34, latviyalı rəqibini 24 […]