Mektebgushesi

UNEC-in bakalavr və magistrlarına Avropa universitetlərinin diplomları verilib

İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” keçirilib. Mektebgushesi.az AZERTAC -a istinadən xəbər verir ki, “Baku Kristall Holl”da keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak ediblər. UNEC-in rektoru, professor […]

Yağışın rənglərini duyan xanım…

Dünyada yaşayan milyardlarla insandan biridir. Bəlkə də oxşar həyat tərzi olan milyonlarla bənzəri də vardır. Amma yazarların arasında özünəməxsus dəsti-xətti, bədii yaradıcılğı ilə fərqlənməyi bacaran tək-tək qələm adamlarındandır. Qapalı xanımdır, yalqız qalmağı xoşlayır. Xəyallarında özünə bir aləm də qurub. Kövrək duyğuların baş qaldırıb poeziyaya çevrildiyi bu aləmdə insanları heyrətləndirən çox şeirlər doğulub. İndiyədək həmin şeirlərə neçə-neçə […]

Bu gündən qabiliyyət imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanlarına başlayır. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, qabiliyyət imtahanları 1 – 14 iyul tarixlərində keçiriləcək. İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər. V qrupa daxil olan […]

Elina Əliyeva: “Dərnək və qruplar cəmiyyətdə ilkin biliklər rolunu oynayır”

Elina Əliyeva  1961-ci ildə Saatlı rayonunda anadan olub. 1979-cu ildə Qax şəhər 1 nömrəli tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika və psixologiya fakültəsinə daxil olub. 1983-cü ildə universiteti bitirərək Qax şəhər 2 nömrəli məktəb-liseydə pioner baş dəstə rəhbəri (indiki Uşaq Birliyi Təşkilatının rəhbəri) kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Qax […]

“Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzusunda məruzə dinlənilib

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda Azərbaycanı Milli Məclisin deputatları, diplomatlar, elm xadimləri və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti təmsil edib. AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, forumun açılış panelində Qazaxıstanın Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstan parlamentinin ilk sədri Medetxan […]

Bu il peşə təhsili müəssisələrini 12 mindən çox tələbə bitirib

Ölkə ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” qeyd olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, 2018-2019-cu tədris ilində peşə təhsili müəssisələrini 12 min 678 tələbə bitirib. Tədris ilinin başa çatması ilə əlaqədar işəgötürənlərin, məzunların, valideynlərin, peşə təhsili və təliminin cəlbediciliyini artırmağa və əmək bazarına uyğunluğunu təmin etməyə birbaşa dəstək olan […]

Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib

Qırğızıstan Respublikasında Almaniyanın Konrad Adenauer Fondu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən “Mərkəzi Asiya tarixinin aktual problemləri: nəzəriyyə və tədqiqatların metodologiyası” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi Mərkəzi Asiya tarixşünaslığının gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən […]

Kaliforniya Universitetinin mütəxəssisi xərçəngin ilk əlamətlərini açıqlayıb

Kaliforniya Universitetinin onkoloji mərkəzinin xərçəng genetikası üzrə mütəxəssisi Bet Karlan bildirir ki, xərçəng xəstəliklərinin ilk əlamətlərini seçmək mümkündür. Mütəxəssis qadın yumurtalıqlarının xərçəngi nümunəsi üzərində bu xəstəliyin ilk əlamətlərini sadalayıb. Onun sözlərinə əsasən, ilk əlamətlər qəbizlik, köp, normal miqdarda qida qəbuluna baxmayaraq, həddindən artıq yemək hissinin və bel ağrılarının yaranmağıdır. Karlan qeyd edir ki, 90% halda qadınlar […]

Kolleclərlə bağlı virtual sorğu yekunlaşıb

Mektebgushesi.az saytının kolleclər arasında keçirdiyi ənənəvi sorğu yekunlaşıb. 10 gün müddətində davam edən və 46 kollec arasında keçirilən “Hansı kollecdə yay imtahan sesiyası obyektiv keçirilir?” nominasiyalı virtual sorğuda ümumilikdə 19.608 respondent iştirak edib. Yekun nəticələrə görə, 6.629 səslə Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, 5.766 səslə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci ikinci, 3.772 səslə isə1 […]

Xanlar Xanlarzadə: Keçirilən imtahanlarla bağlı Apelyasiya Komissiyası yaradılıb

Keçirilən imtahanlar ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Bu sözləri jurnalistlərə DİM-in rəsmisi Xanlar Xanlarzadə deyib. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 1–3 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini […]

Qabiliyyət imtahanlarına qeydiyyat iyulun 3-dək davam edəcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat ümumilikdə iyunun 20-dən iyulun 3-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildiriblər ki, bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü(dizayn) komissiyaları üzrə qeydiyyat 28 iyunda başa çatıb. Göstərilən komissiyalarla yanaşı digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər də ərizələrini iyunun 28-dək təsdiq etməli idilər. Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb […]

Müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri elan olunub. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan Mektebgushesi.az-a verilən məlumata görə, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqədə 1305 müəllim uğur qazanıb.