Dərc olunub: 02.07.2019

Polşanın Katovise şəhərində “IX beynəlxalq nəqliyyat problemləri” mövzusunda konfrans keçirilib. 23 ölkədən 90-dan çox alim və tədqiqatçının qatıldığı tədbirdə ölkəmizi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edib.

İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, akademik konfransın plenar iclasında “Seysmik aktiv zonalarda dəmir yolu nəqliyyatının təhlükəsizliyinin təmin edilməsində noise texnologiyalarının istifadə edilməsi imkanları” mövzusunda məruzə ilə çıxış edib və institutun noise monitorinq texnologiyası və onun sənayedə tətbiqi sahəsində əldə etdiyi nəticələr barədə məlumat verib.

Akademik, həmçinin Polşa, Bolqarıstan, Rusiya, Gürcüstan və digər ölkələrin universitetlərinin nümayəndələri ilə görüşüb. Görüşdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ilkin razılıq əldə olunub.

Bənzər yazılar