Mektebgushesi

2023-cü ildə keçiriləcək Universiadanın ev sahibi dəqiqləşdi

2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasına ev sahibliyi edəcək şəhər dəqiqləşib. Mektebgushesi.az -ın məlumatına görə, bu barədə qərar Beynəlxalq Universitet İdmanı Federasiyasının (FİSU) İcraiyyə Komitəsində verilib. Yığıncaq üzvləri yarışın Rusiyanın Yekaterinburq şəhərində keçirilməsinə qərar veriblər. Universiada 10 ildən sonra yenidən bu ölkədə baş tutacaq. 2013-cü ildə yarışa Kazan ev sahibliyi edib. Qeyd edək ki, Ümumdünya […]

Cəfər Quluzadə: “Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq, temperatur 500 dərəcəyə qalxacaq”

Bu sözlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəyə aiddir. TƏQDİMAT: Cəfər Quluzadə 1961-ci ildə Leninqrad  Dövlət  Universitetindən məzun olub. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildən Astrofizika kafedrasında müdir vəzifəsində çalışır. Avropa Astronomiya Cəmiyyətinin üzvüdür. Mektebgushesi.az Azedu.az -a istinadən Cəfər Quluzadə ilə müsahibəni təqdim […]

Azərbaycanda ilk dəfə keçirilən tədbirə “BİR” tələbə-könüllülərdən 902 könüllülük saatı dəstək verib

28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən Azərbaycanda ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib. İnklüzivlik hakatonunun birinci günündə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tələbə-könüllülərin əməyini dəyərləndirərək onlarla xatirə şəkli çəkdirib. Tədbirdə 56 “BİR” tələbə- könüllü yüksək […]

Azərbaycan alimi Polşada keçirilən konfransda iştirak edib

Polşanın Katovise şəhərində “IX beynəlxalq nəqliyyat problemləri” mövzusunda konfrans keçirilib. 23 ölkədən 90-dan çox alim və tədqiqatçının qatıldığı tədbirdə ölkəmizi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edib. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, akademik konfransın plenar iclasında “Seysmik aktiv zonalarda dəmir yolu nəqliyyatının təhlükəsizliyinin təmin edilməsində noise texnologiyalarının istifadə edilməsi imkanları” mövzusunda məruzə […]

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir

Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 2-si saat 11:10-a olan məlumata görə, 6679 subbakalavr qeydiyyatdan keçib. Onlardan 6600 nəfərin ərizəsi təsdiqlənib. Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını […]

Elman Eldaroğlu -Azərbaycan və amerikalı polisin məktəb yolu

Bu gün Azərbaycanda polislərin peşə bayramıdır. Yəqin ki, bu bayram günündə Azərbaycan polisinin ABŞ-dakı həmkarları haqqında məlumat vermək yerinə düşər. Əvvəla onu deyim ki, ABŞ-da digər ölkələrdən fərqli olaraq vahid polis sistemi yoxdur. “ABŞ Polisi” termini qeyri-rəsmi olaraq istifadə olunur. Amma burada hər bir ştatın, eləcə də hər bir böyük şəhərin, hətta kiçik qəsəbənin də […]

Şagirdlər üçün “Yay məktəbi”nə start verilib

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə “Yay məktəbi”nə start verilib. “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir. […]

İyun ayında BŞTİ-yə 4 014 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 4 014 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, […]

Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərən 5 şagird 1-ci yerə, növbəti 10 şagird 2-ci yerə, növbəti 15 şagird isə […]

Rektorların təyinatının tərəfdarları niyə bu qədər çoxdur? -Ekspertlərin rəyi

Dünyada rektorluqla, rektorlarla bağlı iki variant, iki yanaşma var. Bir çox ölkələrdə seçki yoluna üstünlük verirlər. Bəzən də bir adamın ən yaxşı halda ikinci dəfə seçilməsinə icazə verilir. Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. “Elə olur ki, bir adam ikinci dəfə seçilə bilmir və başqası ilə əvəzlənir, seçkidə qalib gəlmiş […]

ADNSU-da Məzun günü yüksək coşqu ilə qeyd olunub -FOTOLAR

İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev, İctimai Etimad Şurasının üzvləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak […]

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, layihənin ikinci – qiymətləndirmə mərhələsində iştirak hüququ qazanmış 325 namizəd elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqları yerinə yetirib. İkinci turda 19 və ya yuxarı bal toplayan 118 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin namizədlərlə əlaqə saxlanılaraq növbəti mərhələnin keçirilmə […]

19 həkimin diplomu saxta çıxdı

Səhiyyə Nazirliyi 2018-ci ildə 19 saxta diplom aşkarlayıb. Mektebgushesi.az  APA-ya istinadən  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan bildirilib. Nazirlik tərəfindən 2019-cu ilin ilk 3 ayı ərzində isə 4 saxta diplom aşkar edilib. Aşkarlanmış saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət olunub.