Dərc olunub: 03.07.2019

“Ödənişli təhsil alan tələbələr bu həcmdə məbləğə görə xaricə üz tuturlar. Həmçinin özəl universitetlərin əksəriyyətinin plan yerlərinin 50 faizi təhsil haqqının yüksək olmasına görə boş qalır”

Yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq. Bunu təhsil nazirin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, gələcəkdə ali təhsil müəssisələrinə tələbə qəbulu üçün dövlət sifarişli yerlərin sayının artırılması nəzərdə tutulur. Yaxın günlərdə bununla bağlı təklif hökumət tərəfindən təsdiq ediləcək. Hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu isə 65 faizə yaxın artım deməkdir. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Sherg.az” söyləyib ki, ölkənin 54 ali təhsil müəsissində 164 min tələbə təhsil alır

“Hər qəbul ilində minumum ali təhsil müəsisələrinə 43, maksimum isə 45 min tələbə daxil olur. İl ərzində ali təhsil müəssisələrinə ayrılmış plan yerinin yalnız 30 faizi ödənişsiz əsaslarla olur. Lakin ölkə Prezidenti İlham Əliyevin 2019-cu ilin yanvar ayında imzaladığı sərəncama əsasən 2019-2020-ci tədris ilində univerisitetlərdə plan yerlərinin 45 faizi ödənişsiz olması nəzərdə tutulur. Həmçinin bu gösrəici 2020-2021-ci tədris ilində qalxaraq 50 faiz təşkil edəcək. Hazırda Azərbaycan ali təhsil müəsisələrində ödənişsiz oxuyan tələbələr 12 min nəfərdir. 
Lakin bu ildən həmin göstərici 21 min olacaq. Bu ildən universitetlərdə plan yerlərinin sayıda artırılacaq. Dövlət başçısı 2013-cü ildə imzaladığı Təhsilin İnkişafı Üzrə Dövlət Stratrgiyasının əsas istiqaməti təhsilin əhatə dairəsinin genişlənməsi və təhsilin əlçatan olması idi. Amma bizim orta məktəblərdən məzun olan şagirdlərimizin yalnız 45-50 faizi ali təhsil ala bilir. Bu isə universitetlərimizdə plan yerlərinin sayının az olamsı ilə bağlıdır. Məhz buna görə də məzunlarımız xaricə üz tutur. Lakin ölkə prezidenti həm ödənişsiz plan yerlərinin sayını, həm tələbələrin təqaüdlərinin miqdarını artırdı. Bu da bir çox gənclərimizə ali təhsilin əlçatanlığını təmin etdi”.
Təhsil eksperti bildirib ki, universitetlərimizdə ödənişli əsaslarla təhsil almağına baxmayaraq bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödənilir:
“Yəni, Azərbaycan respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid, qazi olanların, məcburi köçkünlərin övladları və valideynlərinin hər ikisini itirmiş, ata –anasından biri birinci-ikinci qrup əlil olan və digəri vəfat edən tələbələrin təhsil haqqı ödənişləri dövlət büdcəsindən ödənilir.
 Eyni zamanda bir neçə gün bundan əvvəl ölkə Prezident sərəncam imzaladı ki, birinci və ikinci qrup əlil olan şəxslər və ya 18 yaşına kimi sağlamlığını itirmiş şəxslərin bakalavr, magistratura, doktoranturada ödənişli oxusalar onların təsil haqqı xərcini dövlət qarşılayacaq. 
Bu da o deməkdir ki, ölkdə 2500 nəfər birinci və ikinci qrup əlil olan tələbənin təsil haqqısı dövlət büdcəsində ödəniləcək. Ümumiyyətlə, üniversitetlərdə plan yerlərinin 50 faiz olması və bir qrup şəxlərində təhsil haqqı xərcləri dövlət büdcəsindən ödəndikdə tələbələrimizin 80 faizi ödənişsiz təhsil alacaq”.
K.Əsədov nəzərə çatdırıb ki, bu yaxınlarda təhsil haqlarının həcmin azaldılması gözləniləndir:
“Hazırda ölkəmizdə təhsil haqqı minimum 1500 və maksimum 6500 manat arasında dəyişir. Bu da indiki dövr üçün yüksək məbləğdir. Tələbə olmaq istəyənlər bu həcmdə məbləğə görə xaricə üz tuturlar. Ona görə düşünürəm ki, ali təhsil müəssisələri təhsil haqlarının miqdarına yenidən baxmalı və müəyyən qədər azaldılmalıdır. Çünki, ölkədəki özəl universitetlərin əksəriyyətinin plan yerlərinin 50 faizi təhsil haqqı ödənişlərinin həcminin yüksək olmasından dolayı boş qalır. İnanıram ki, yaxın vaxtlarda bu sahədə də sevindirici dəyişikliklər görəcəyik”.

Bənzər yazılar