Mektebgushesi

Psixoloq Leyla Əli: İmtahandan öncə oxumayın -VİDEO

Qəbul imtahanından öncə abituriyentlərin əksəriyyəti sınaq imtahanlarına girir. Bu imtahanlarda yeniyetmələr həddən artıq həyəcan keçirirlərsə – əlləri tərləyir, konsentrasiyası pozulur, ürək döyüntüləri artırsa, onda mütləq hansısa tədbir görülməlidir. Bunu psixoloq Leyla Əli AzEdu.az-a müsahibəsində bildirib. Onun sözlərinə görə, abituriyentlər sənaq imthanlarında həyəcanı azaldan texnikanı yoxlamalıdır. Bu zaman əşyaları saymaq, adi riyazi əməlləri yerinə yetirmək olar. “Əgər […]

ADPU-nun dosenti Roza Ağayeva razılıq edir

Həyatımda baş verən sevincli bir hadisənin təəssüratlarını sizin sayt vasitəsilə bölüşmək istəyirəm. İnanıram ki, mənim bu duyğularımı – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, pofessor Cəfər Cəfərova bağlı minnətdarlığımı saytınızda yerləşdirəcəksiniz. Sizə öncədən təşəkkürümü bildirirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən iki il öncə ADPU-da vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən […]

Dövlət İmtahan Mərkəzi Biləsuvarda qəbul keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev iyulun 11-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. DİM-dən  mektebgushesi.az -a  verilən məlumata  görə, qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Mərkəzin internet saytında elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri […]

ADPU bu gün

Dahi Azərbaycan şairi Seyd Əzim Şirvani vaxtilə belə demişdir: “Təhsil xəzinədir, elm isə onun açarıdır.” Doğrudan da, son illər elm və təhsil sahəsində aparılan köklü islahatlar təhsilimizin səviyyəsinin yüksəldilməsində və onun müasir dünya standartlarına uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır. Təhsil sahəsində baş verən bu mühüm dəyişikliklər həm Azərbaycan Dövlət Pedaqoji Universitetində , həm də onun filiallarında […]

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı

Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və bundan sonra nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb… …Atası giologiya-mineralogiya elmləri doktoru, professor Sabir Əliyev olub. 2005-ci ildə vəfat edib. Anası giologiya-mineralogiya elmləri namizədi […]

Eyni liseydən məzun olub, eyni balı yığdılar

I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ümumilikdə 9 abituriyent maksimum nəticə göstərərək 400 bal toplayıb. Meektebgushesi.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunlardan ikisi I və IV ixtisas qrupu üzrə imtahan verən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır. Söhbət liseyin məzunları Rüstəm Həsrətov və Sevər Cəfərlidən gedir. […]