Mektebgushesi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum oldu

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Mektebgushesi.az Təhsil Nazirliyinə istinadən xəbər verirt ki, brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun […]

Kamran Əsədov: “Təhsil haqlarında azalma ola bilər

“Ödənişli təhsil alan tələbələr bu həcmdə məbləğə görə xaricə üz tuturlar. Həmçinin özəl universitetlərin əksəriyyətinin plan yerlərinin 50 faizi təhsil haqqının yüksək olmasına görə boş qalır” Yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq. Bunu təhsil nazirin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, gələcəkdə ali təhsil müəssisələrinə […]

Ötən illərin məzunları ADNSU ilə bağlı xoş xatirələrini bölüşdülər

İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları və media nümayəndələri iştirak edib. Universitetdən Mektebgushesi.az verilən məlumata görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq bu ali təhsil ocağının adını hər zaman uca tutduqlarına […]

UNEC-in ikili diplom proqramlarının təqdimatı keçirilib

İyulun 3-də UNEC-in Fransanın Monpelye və ABŞ-ın Linkoln universitetləri, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramlarının təqdimatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən UNEC-in prorektoru Anar Rzayev yeni tədris ilində reallaşdırılacaq ikili diplom proqramları barədə məlumat verib. Diqqətə çatdırıb ki, UNEC-in tələbə və magistrləri […]

Təhsil Nazirliyinin rəsmi internet saytı 3-cü oldu

2019-cu ilin birinci yarımili üzrə ən çox istifadəçi müraciəti olan dövlət orqanlarının rəsmi internet resursları açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı  toplam giriş sayına görə ilk onluğun dördüncü, unikal giriş sayına görə isə üçüncü pilləsində yer alıb. […]

Lənkəran Peşə Liseyində ilk dəfə təbii qara çay istehsal edilib

Çayçılıq ənənələrinin inkişaf etdirilməsi, çaya olan daxili tələbatın ödənilməsi, idxaldan asılılığın azaldılması hazırda ölkəmizdə prioritet hesab edilən sahələrdəndir. Sözügedən istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə və ümumilikdə sahənin inkişafına təkan verilməsi məqsədilə çayçılıq sahəsi üzrə ixtisaslı kadr təminatının hazırlığına xüsusi önəm verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, bu məqsədlə 2018-2019-cu tədris ilindən […]

İsa Həbibbəyli: “Yeni ali təhsil müəssisələrinin təsisi və maliyyələşməsi müzakirə olunacaq”

İyulun 2-də Milli Məclisin Elm və Təhsil Komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclası keçirilib. İclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib. İşçi Qrupunun tərkibinə Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və Təhsil Komitəsinin sədri, akademik  İsa Həbibbəyli  İşçi […]

Esmira İsmayılova -Ömrü xəzəl olan Şaiq…

“Xəzəl ömrüm”.Dünyadan vaxtsız köçən gənc şair Şaiq Sadıqzadənin ölümündən sonra sevənləri tərəfindən çap olunmüş ilk və son kitabı belə adlanır. Kitabda istedadlı gəncin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. “xəzəl ömrüm”ü oxuyub bitirdikdən sonra anladım ki,sən demə, doğulandan ölümünə yol gedirmiş Şaiq.Şeirlərinin yazılma tarixi, mövzu dairəsi müxtəlif olsa da,onların hamısını birləşdirən bir məqam var idi-ölüm…Sanki şeirlərin […]

Elman Eldaroğlu: Şair Ənvər Əlibəylinin qızı Şəfəq xanımın 70 yaşı tamam olur

Həmyaşıdlarım kimi mən də 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində çalışmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyliylə heç zaman üz-üzə gəlməmişəm. Gələ də bilməzdim. Axı o, 1968-ci ildə vəfat edəndə mənim cəmi iki yaşım var idi. Amma ağlım kəsəndən onun sözlərinə bəstələnmiş mahnıları sevərək dinləyənlərdən biri olmuşam. Yəqin ki, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qara […]

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

İxtisas seçimi ilə bağlı 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün […]

Kolleclərə ərizə qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün 22 fevral-11 mart tarixlərində elektron ərizə təqdim etməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu sistemi avqustun 5-dək aktiv olacaq. Ümumi […]

Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq

Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi Nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq. Tələbələrin təhsili “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabına həyata keçirilir. Bu haqda Ali Məktəbin rektoru Elmar […]

Yanğınla bağlı UNEC-dən açıqlama

Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Şamaxıda “Yay vikidüşərgəsi” təşkil olunacaq

İyulun 13-14-də “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi (İB) tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Sumqayıt Texnologiyalar Parkının sponsorluğu ilə Şamaxı şəhərində “Yay vikidüşərgəsi” təşkil olunacaq. İB-dən AZƏRTAC-a bildirilib ki, vikidüşərgənin məqsədi Azərbaycanda “Vikipediya” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Şamaxı […]

IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb. 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül […]