Dərc olunub: 03.07.2019

İxtisas seçimi ilə bağlı 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcək. Qeydiyyat başa çatdıqdan sonra abituriyentlər iyulun 6-da günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər.

Bənzər yazılar