Mirmöhsün Nəvvab Ağamirzadə Qarabaği (1833-1918)

Maarifçi, rəssam, musiqi nəzəriyyəçisi, şair və ədəbiyyatçı. Rus, fars, ərəb dillərini bilirdi. “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şuşada kitabxana və oxu zalının yaradılmasında fəal iştirak etmişdir. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Astronomiya dərsliyində o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. M.Nəvvab eyni zamanda Şərq musiqisindən bəhs edən kitabın müəllifidir. Onun mətbəəsində bir çox şairlərin əsərləri və dərsliklər çap olunmuşdur. 1890-çı ildə Şuşada açılmış yeni tipli “Üsulu-cədid” məktəbinin yaradılması və onun fəaliyyəti M.Nəvvabın adı ilə bağlıdır. Tanınmış pedoqoqun və alimin “Nəsihətnamə” əsəri onun etik görüşlərindən və tərbiyə ilə bağlı fikirlərindən bəhs edir.

M.Nəvvab yazırdı: Əgər istəyirsən ki, ruhun güzgü kimi təmiz olsun onda ruhundan on şeyi at- 
Xəsisliyi, paxıllığı, təkəbbürü, böhtanı, xəyanəti, zülmü, həsədi, ikiüzlülüyü, nifrəti, yaltaqlığı

Sizcə yaddan çıxan daha hansı keyfiyyətlər

Bənzər yazılar