AMEA-nın Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Arif Bünyadovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” monoqrafiyası nəşr olunub.

İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, monoqrafiyada dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır. Kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə professorlar Əziz Məmmədov və Əli Abasovdur.

Bənzər yazılar