Ötən ilin noyabr ayından bu günədək AMEA-nın 9 magistrant və 6 doktorantı yataqxanada mənzillə təmin edilib.

AMEA-dan mektebgussssshesi.az -a verilən məlumata görə, akademiyanın institutlarının müraciəti əsasında yataqxanaya ehtiyacı olan magistrant və doktorantların siyahısı komissiyaya təqdim edilir.

Belə ki, siyahı təqdim olunduqdan sonra bu istiqamətdə işlər görülür və yerləşdirmə aparılır.

Qeyd edək ki, mənzillə təmin olunanlar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri İnstitutu, Neft və Qaz İnstitutu, Fizika, İnformasiya Texnologiyaları, Geologiya və geofizika İnstitutu, Polimer Materialları, Hüquq və insan haqları, Ədəbiyyat, Şərqşünaslıq və Radiasiya Problemləri İnstitutlarının magistrant və doktorantlarıdır.

Bənzər yazılar