Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Nəsimi və İntibah ideyaları” mövzusunda respublika elmi konfransı keçiriləcək.

ADU-dan Mektebgushesi.az-a bildirilib ki, konfransın işi “Nəsimi və müasirləri”, “Nəsimi və bəşəri ideyalar”, “Nəsimi hürufizmi dünya ədəbi-fəlsəfi kontekstində” bölmələri üzrə aparılacaq.

Məruzələr sentyabrın 1-dək qəbul edilir. Konfransın təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap olunacaq.

Bənzər yazılar