Mektebgushesi

DİM bu şəxslərlə bağlı ciddi tədbir görəcək

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından açılan saxta profillərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib. Son günlər yenidən “Facebook” və “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb. Bildirilib ki, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair […]

Xarici universitetlərdə tədqiqat aparan UNEC alimlərinin əmək haqları saxlanılacaq

UNEC-in nüfuzlu xarici universitetlərdə 1 il müddətinədək tədqiqat aparmaq üçün dəvət alan professor-müəllim heyətinin tədqiqat apardıqları müddətdə əmək haqlarının saxlanılması haqqında qaydalar təsdiqlənib. Qaydalara əsasən, tədqiqatçının xarici universitetdə tədqiqat apardığı müddətdə UNEC-dəki iş yeri və elmi-pedaqoji fəaliyyətinə görə vəzifə maaşı saxlanılacaq. Nüfuzlu xarici universitetlərdə tədqiqat aparmaq üçün dəvət alan şəxsin UNEC-də ən azı 3 il […]

Aİİ-də “Müasir alman cəmiyyətində İslama münasibət”mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azad Berlin Universitetinin məzunu, Avropa İxtisasartırma Mərkəzinin baş müəllimi dr. Rüfət Səttarovun təqdimatında “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda seminar təşkil olunub. Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminar iştirakçılarını salamlayaraq, İnstitutun fəaliyyətə başladığı gündən təlim, tərbiyə, tədris işinin təşkili, həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat xarakterli tədbirlərə, görüşlərə də […]

III qrant müsabiqəsinin qalibləri arasında paytaxt üzrə 36 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri bəlli olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 147, 150, 155, 177, 212, 214, 216 və 232 nömrəli tam orta məktəblərə məxsus layihələr Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən […]

Səfir Fəxrəddin Qurbanov ADU-nun tələbə və müəllimləri ilə görüşüb

Azərbaycanın Xorvatiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb. Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu deyib, onun fəaliyyətini yüksək qiymətləndirib: “Fəxrəddin müəllim uzun illərdi Azərbaycanı beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Beynəlxalq əlaqələrin əhəmiyyəti, dünya miqyasında siyasi […]

ABŞ alimləri Ayın müfəssəl xəritəsini hazırlayıblar

ABŞ alimləri Ayın müfəssəl xəritəsini hazırlayıblar. Yer kürəsinin təbii peykinin müfəssəl təsviri Amerika Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” (“Ayın orbital kəşfiyyatçısı”) zondunun göndərdiyi məlumatlar əsasında tərtib olunub.ABŞ-ın Merilend Ştatındakı Qrinbelt qəsəbəsində yerləşən Hoddard adına Kosmik Uçuşları Mərkəzinin direktor müavini Mişel Taller qəzetə müsahibəsində bildirib ki, Ayın səthini tədqiq edən kosmik zond […]

BANM-in məzunu Elmir Əbilov: Arzum bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir

Ali məktəbi uğurla bitirirəm, fərqlənmə diplomuna layiq görülmüşəm. Ona görə ürəyim sonsuz sevinc və fərəh hissi ilə döyünür. Nailiyyətlərimi daha da yüksəltmək niyyətindəyəm. Bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunu Elmir Əbilov AZƏRTAC-a müsahibəsində bildirib. Elmir Əbilov 2014-cü ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirib. Həmin il BANM-ə 695 balla qəbul olunub, […]

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir. Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, […]

Bu il 200 ümumtəhsil müəssisəsi və 678 pedaqoji işçi öz innovativ və inkişafa yönəlik layihələri ilə müsabiqəyə qatılıblar

Son  illər ölkəmizin təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq üçüncü  dəfədir ki,  keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də  təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olduğunu deyə bilərik. İyulun 3-də  Təhsil Nazirliyində təhsildə inkişaf […]

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır. Mektebgushesi.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə  həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına […]

UNEC tələbələri nüfuzlu şirkətdə təcrübə imkanı qazanacaqlar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və “Norm” MMC-nin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı təşkil edilib. UNEC-dən  Mektebgushesi.az-a bildirilib ki, imtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında məlumat verib, test imtahanının aparılması qaydalarını izah ediblər. Yüzdən çox tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin […]

MİQ -in test imtahanları iyulun 8-dən Texniki Universitetinin İdman zalında keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib. Mektebgushesi.az xəbər verir ki, test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub. Qeyd edək […]

Pakistanda HİV epidemiyası: 700-dən çox uşaq virusa yoluxub

Asiyada HİV epidemiyası qeydə alınıb. Mektebgushesi.az xəbər verir ki, “Lenta.ru”nun məlumatına görə, Pakistanın cənubunda yaşayan 700-dən çox uşaq HİV virusuna yoluxub. Epidemiya ilə bağlı ilk əlamətlərə hələ aprel ayında ölkənin cənub əyaləti Sindin Larkana şəhərində rast gəlinmişdi. Tibb işçilərindən biri xəstələrin temperaturunun normal olmamasından və müalicəyə cavab vermədiyindən şübhələnərək xüsusi analiz götürüb və onların HİV virusu […]