Dərc olunub: 05.07.2019

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və “Norm” MMC-nin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı təşkil edilib.

UNEC-dən  Mektebgushesi.az-a bildirilib ki, imtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında məlumat verib, test imtahanının aparılması qaydalarını izah ediblər. Yüzdən çox tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.

Ən yüksək nəticə əldə edən namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.

Bənzər yazılar