Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev işdən çıxıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Nicat Abdullayev özü feysbuk səhifəsindəki hesabında bildirib:

“Bu gündən etibarən Azərbaycan Texniki Universitetindəki işimdən ayrıldım. Geridə qoyduğum 3 ildən artıq müddətdə, həm PR, həm də ali təhsil sahəsində biliklərimi artırdım. Texniki yönümlü olmasına rəğmən, AzTU, bu işdə mənim üçün bir məktəb oldu.  niversitet rəhbərliyinə və kollektivə təşəkkür edirəm. 

Fəaliyyətimi jurnalistikanın başqa bir sahəsində – TED.az-da davam etdirəcəm”.

Bənzər yazılar